USAİD təxribatlarınınizi ilə...
05.10.2023 [11:25]
USAİD təşkilatının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) ayrı-ayrı ölkələrdə fəaliyyətini izlədikdə qırmızı xətt kimi keçən bir məqam diqqəti xüsusi çəkir. Qurumun adı işlədiyi ölkələrdə daim siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər belə hadisələrdə hallanıb. Bu təşkilat ABŞ-ın digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Qurum 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. Havayı pendir ancaq tələdə olur. USAİD də vəsaitləri sırf milli hökumətlərə qarşı təxribat planlarını həyata keçirmək məqsədilə xərcləyib.
Azərbaycanda iflasa uğrayan məkrli ssenarilər
USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Ötən dövrdə qurumun ölkəmizdə mövcudluğu və fəaliyyəti yaxşı heç nə ilə yadda qalmayıb, əksinə təşkilatın adı bir sıra qalmaqallarda hallanıb. Bu gün qonşu Gürcüstanın USAİD tərəfindən üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Belə ki, USAİD və onunla bir sırada yer alan NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkələrini formalaşdırmağa çalışıblar. Bu gün çevriliş cəhdi ilə üzləşmiş Gürcüstanda USAİD geniş şəbəkə yaradıb. Təzada baxın ki, qurum vaxtilə Azərbaycanda əlaqələr qurduğu təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb.
Beləliklə, adlarını çəkdiyimiz təşkilatlar dəfələrlə respublikamızda yaşanan qarşıdurma və gərginlik cəhdlərinin arxasında dayanıblar. Həmin məkrli planlardan bəzilərini xatırlamaq yerinə düşər:
- 2014-cü ildə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant müsabiqəsi elan etdi. Qısa zaman kəsiyində və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız qurumun lazım bildiyi media subyektləri buraxılmışdı.
- 2014-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylayıb. Təbii ki, qrantla “mükafatlandırılan” QHT-lər və konkret şəxslər bunun əvəzini təxribatlarda fəal iştirakları ilə ödəməli idilər.
- Müxtəlif illərdə Azərbaycanda törədilən təxribatlarda adları keçən NİDA, “Dalğa” kimi təşkilatlar USAİD, NED və digər “beynəlxalq” qurumlardan böyük həcmlərdə maliyyə vəsaitləri alıblar.
- Bütün bunlar USAİD, MDİ kimi qurumların qeyri-şəffaf maliyyələşmə yolu ilə özlərinə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq cəhdi idi.
-Son illər Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırmaları da təsadüfi deyildi -məqsəd keçmiş status-kvonun saxlanılması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılması idi.
Təxribat planlarına qarşı güclü xalq-iqtidar birliyi
Sonrakı dövrlərdə də USAİD bir neçə dəfə oxşar motivli cəhdlərdə bulunub. Qurum indinin özündə də xüsusilə regionlarda müxtəlif layihələr həyata keçirir. Azərbaycan tərəfi dəfələrlə təşkilatın ölkədə qalmasına ehtiyac olmadığını, məqsədəuyğun sayılmadığını nəzərə çatdırsa da, USAİD fəaliyyətini dayandırmır.
Ancaq USAİD-in inadkarlığına rəğmən, qurumun təxribat planları Azərbaycanda işləmir. Bəli, indiyədək ayrı-ayrı ölkələr okeanın o tayından idarə olunan təşkilatların vasitəçiliyi ilə törədilən təxribatların acı fəsadları ilə üzləşiblər. Azərbaycan isə USAİD-in düzgün seçim etmədiyi ölkədir. İlk növbədə onu vurğulayaq ki, redikül müxalifəti çıxmaq şərti ilə ölkəmizin vətəndaş cəmiyyəti xarici qrantlara ehtiyac duymur. Azərbaycan dövləti vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasına və inkişafına özü güclü şəkildə dəstək göstərir. Respublikamızda sarsılmaz xalq-iqtidar həmrəyliyi var. Bu həmrəyliyi hər hansı bir kənar müdaxilə ilə pozmaq əsla mümkün deyil!
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

