“Missiyaların” missiyası...
06.10.2023 [10:22]
BMT-nin ardından “missiya tıxacı” yarana bilər...
Azərbaycanın yürütdüyü siyasi kurs bütövlükdə beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara əsaslanır. 24 saatlıq antiterror tədbirləri zamanı da ölkəmiz mülki şəxslərin təhlükəsizliyinin təminatı məsələsinə xüsusilə həssaslıqla yanaşmışdı. Bunun nəticəsi idi ki, görülən tədbirlər zamanı mülki vətəndaşlar xəsarət almadılar, infrastruktur zərər görmədi. Bu gün də ölkəmizdə səfərdə olan bəzi xarici ölkələrin nümayəndələri, BMT missiyasının üzvləri bunu rəsmi şəkildə təsdiqləyirlər.
Bununla yanaşı, reinteqrasiya prosesi də açıq və şəffaf şəkildə inkişaf edir. Azərbaycan dövləti erməni sakinlərin hüquqlarının təmin olunması üçün bütün şəraiti yaradıb - humanitar yardımlar edilir, istəyən sakinlər Azərbaycan vətənhaşlığı üçün müraciətlər ünavanlayır, Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər isə öz xoşu ilə bölgəni tərk edir. Bu prosesin də təhlükəsiz şəkildə inkişaf etməsi üçün ölkəmiz zəruri tədbirləri görüb.
BMT-yə inanmayanlar...
Artıq bir neçə gündür ki, ölkəmizdə səfərdə olan BMT missiyasının hesabatı isə Azərbaycanın yaratdığı mənzərənin sübutudur. Müşahidə aparan missiyanın yekun bəyanatı bir daha ölkəmizin bütövlükdə, prosesə beynəlxalq hüquq müstəvisində yanaşdığını ortaya qoyur. Fərqli ölkələri təmsil edən, vətəndaş cəmiyyətinin üzvlərindən, eləcə də dövlət strukturlarının əməkdaşlarından, BMT strukturlarının nümayəndələrindən ibarət olan missiyanın ortaya qoyduğu faktlar göstərir ki, Azərbaycanın apardığı siyasi kurs humanizmə, birgəyaşayışa və tolerantlığa istiqamətlənib.
Dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT-nin müşahidə missiyasının qənaəti bütün dövlətlər və təşkilatlar üçün əsas sayılmalıdır. Çünki bu təşkilat bütövlükdə qlobal dünyanı əhatə edir. BMT missiyasına inanmadan yeni “missiya” təklfiləri isə müəyyən mənada “imitasiya” kimi görünür.
Yeni missiya “ehtiyacı”...
Məsələn, ABŞ da özünün “missiyasını” bölgəyə göndərmək niyyətini ifadə edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel bildirib ki, Vaşinqton ədalətli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə əlaqələri davam etdirəcək. Patel “etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” üçün Qarabağda “uzunmüddətli, müstəqil beynəlxalq müşahidə missiyası”nın yerləşdirilməsi çağırışını təkrarlayıb. Onun sözlərinə görə, ABŞ BMT missiyanın Qarabağa səfərindən sonra bölgədəki vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir: “Amma bu, ABŞ-ın bu məsələyə baxışını dəyişmir. Hətta BMT-nin səfəri fonunda belə inanmağa davam edirik ki, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına güclü istək və ehtiyac var”.
Maraqlıdır ki, ABŞ BMT missiyasının “görmədiyi” nələri “görmək” arzusundadır. Fakt ortadadır - Azərbaycan hər hansı bir “etnik təmizləmə” həyata keçirməyib, tam əksinə bölgədə birgəyaşayışı təmin etmək üçün səy göstərir. Eyni zamanda, Qarabağı öz xoşu və arzusu ilə tərk edənlər üçün təhlükəsizlik şəraiti yüksək əsviyyədə təmin olunur. Belə olan təqdirdə hansısa fərqli missiyaların bölgəyə davamlı səfərlərinin təşkili hansı maraqdan qaynaqlanır?
Vardanyanla əməkdaşlıq edən Samanta Pauer...
Başqa bir ABŞ rəsmisi - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Jon Kirbi isə jurnalistlərə açıqlamasında bildirib ki, “biz yada salırıq ki, böyük əksəriyyət, zənnimcə, demək olar ki, bütün etnik ermənilər gediblər. Humanitar yardımla bağlı ciddi bir problem var, buna görə USAID administratoru Samanta Pauer bir neçə gün öncə orada olub”.
Əslində, bu açıqlamanın şifrəsində bəzi nüansları sezmək mümkündür - məsələn, adıçəkilən Samanta Pauerin mövqeyi hər kəsə bəllidir. “Caliber.az” isə bununla bağlı daha maraqlı bir fakt qeyd edib - “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb. O da məlum olub ki, USAİD-in rəhbəri Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir.
Bəli, buradan çıxış edərək həmin “missiyanın” nələri “görmək” və ya “qeyd etmək” arzuları ortaya çıxa bilər. Bu isə əsl həqiqəti deyil, fərqli maraqları özündə əks etdirə bilər...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

