Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin 2011-ci ildə gördüyü işlər müzakirə olunub
20.01.2012 [12:06]
İclasda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycandan olan həmsədri, professor Nərgiz Paşayeva iştirak edib.
İAC-ın İngiltərədən olan həmsədri Lord Freyzer cəmiyyətin 2011-ci ildəki fəaliyyətindən danışaraq vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf edib və cəmiyyət bu işə öz töhfəsini verib.
Lord Freyzer uğurlu fəaliyyətinə görə cəmiyyətin Azərbaycandan olan həmsədri Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirib.
Cəmiyyətin fəaliyyətini dəstəkləyənlərə də təşəkkürünü ifadə edən Lord Freyzer Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunmasından şərəf hissi duyduğunu vurğulayıb. Rəhbərlik etdiyi cəmiyyətin bundan sonra da ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini qeyd edən Lord Freyzer Londonda Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
İngiltərədən olan həmsədr cəmiyyətin yeni saytının yaradıldığını da diqqətə çatdırıb.
Cəmiyyətin fəxri katibi Kenet Forrest Azərbaycan-İngiltərə əlaqələrinin dostluq zəminində inkişaf etdiyini bildirib və ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasında İAC-ın rolunu vurğulayıb.
Kenet Forrest Azərbaycandan olan həmsədr Nərgiz Paşayevanı və İngiltərədən olan həmsədr Lord Freyzeri yenidən bu vəzifəyə seçməyi təklif edib. Təklif yekdilliklə qəbul olunub.
İAC-ın fəaliyyətindən danışan professor Nərgiz Paşayeva bildirib ki, belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır. çünki məhz belə qeyri-hökumət cəmiyyətləri açıq dialoqa hazır olur. Onlar müasir mühitdə bir çox məsələləri həll etməyə qadirdirlər.
Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Rocer Tomas ölkəmizin bu gün sürətlə inkişaf etdiyini vurğulayıb. İAC-ın uğurlu fəaliyyətinə toxunan sabiq səfir cəmiyyətin işinin gələcəkdə də yüksək səviyyədə olacağına əminliyini bildirib və onun nüfuzunun daha da artacağını qeyd edib.
Rocer Tomas deyib: “Bu cəmiyyət ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verir. Bu böyük əhəmiyyət kəsb edən məsələdir. Bu, cəmiyyət sadəcə insanların bir araya gəlməsinə kömək etmir, həm də İngiltərə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edir”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov İAC-ın 2011-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib və cəmiyyətin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıb. İngiltərə ilə Azərbaycan arasında ilk bu cür cəmiyyətin uğurlu fəaliyyət göstərdiyini deyən səfir bundan sonra da qurumun işində nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
“İAC birinci təşkilatlardandır ki, Azərbaycan-İngiltərə münasibətlərinin inkişafına böyük töhfə verib. Artıq 15 ildir ki, bu cəmiyyət fəaliyyət göstərir. Bu illər ərzində cəmiyyətin böyük xidmətləri olub. Bu cəmiyyət yarandığı ilk gündən Lord Freyzer ona rəhbərlik edir. Cəmiyyətin böyük işinin qiyməti keçən il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Lord Freyzerə “Dostluq” ordeninin verilməsi olub”, - deyə diplomat vurğulayıb.
İclasda ötən il görülən işlər müzakirə olunub, 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb, fəaliyyət planı təsdiqlənib. Bundan əlavə, cəmiyyətin işinin daha da yüksək səviyyədə təşkil olunması istiqamətində təkliflər səsləndirilib.
Sonda İngiltərə-Azərbaycan Cəmiyyətinin və ölkəmizin Londondakı səfirliyinin dəstəyi ilə Kral Musiqi Kollecində təhsil alan beynəlxalq musiqi müsabiqəsinin iştirakçısı, skripka ifaçısı Nigar Mirzəyeva çıxış edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56

