Söz azaddırsa, cəmiyyət güclüdür...
02.05.2026 [09:16]
Mətbuat azadlığı olmadan inkişaf mümkün deyil
Mətbuat azadlığı cəmiyyətin nəfəsi kimi qəbul edilən, informasiyanın sərbəst dövranını təmin edən və ictimai fikrin formalaşmasına güclü təsir göstərən bir dəyərdir. Onun mövcudluğu yalnız jurnalistlərin deyil, bütövlükdə vətəndaşların hüquq və azadlıqlarının qorunmasının əsas şərtlərindən biri kimi çıxış edir. Bu azadlıq sayəsində insanlar ölkədə və dünyada baş verən hadisələr haqqında operativ, dəqiq və müxtəlif baxış bucaqlarından məlumat əldə edir, fərqli düşüncələri müqayisə edərək öz mövqelərini formalaşdırırlar. Beləliklə, demokratik proseslərin fəal iştirakçısına çevrilirlər.
Mətbuat azadlığının olmadığı və ya məhdudlaşdırıldığı mühitlərdə isə informasiya tək mənbədən təqdim olunur, tənqid susdurulur. Nəticədə, cəmiyyətin inkişafı ləngiyir, çünki müxtəlif fikirlərin toqquşması və müzakirəsi olmadan sağlam qərarların qəbul edilməsi çətindir. Halbuki azad mətbuat təkcə xəbərləri çatdırmaqla kifayətlənmir, eyni zamanda korrupsiya, ədalətsizlik və sosial problemləri üzə çıxararaq ictimai nəzarət funksiyasını yerinə yetirir və hakimiyyət ilə vətəndaş arasında şəffaf körpü rolunu oynayır.
Bu sahədə çalışan jurnalistlər bəzən risklərlə üzləşsələr də, onların qələmindən süzülən hər bir cümlə həqiqətin işığını daha da gücləndirir və cəmiyyətin maariflənməsinə töhfə verir. Çünki azad sözün gücü yalnız məlumat verməkdə deyil, həm də insanları düşündürməkdə, sual verməyə sövq etməkdə və dəyişiklik yaratmaqda gizlənir. Məhz buna görə də mətbuat azadlığının qorunması hər bir cəmiyyət üçün prioritet olmalı, bu sahədə çalışanların təhlükəsizliyi və müstəqilliyi təmin edilməli, fərqli səslərin eşidilməsi üçün geniş imkanlar yaradılmalıdır.
33 il öncə verilən qərar...
33 il bundan öncə, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış media işçiləri mühüm çağırış etdilər. Həmin çağırışa əsasən, mətbuat azadlığının və demokratiyanın təminatına yardımçı olmağa çağıran Vindhuk Bəyannaməsi qəbul olunub. Bunun nəticəsi olaraq BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan edib.
Azad sözün şərəfinə elan olunmuş Dünya Mətbuat Azadlığı Günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər.
Azərbaycanda mətbuat azadlığı
Azərbaycan mətbuatının keçdiyi tarix xalqımızın qürur mənbəyidir. Bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur.
Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Dövlətimiz azad sözün cəmiyyətin həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.
Azərbaycanda söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.
Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur. 3 may - Dünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını alıb. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

