Fransa Senatının atdığı addım siyasi rəzalətdir
25.01.2012 [00:54]
“Fransa Senatı tərəfindən uydurma “erməni soyqırımı”nı tanımayanlara qarşı cəza müəyyənləşdirən qanunun qəbul edilməsi siyasi rəzalətdir. Belə düşüncələr var idi ki, Senat müdriklik göstərəcək, Fransa-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün bu qanunu qəbul etməyəcək. Lakin yeddi saat yarım müzakirələr getməsinə və Senatın Hüquq komissiyasının bu sənədin əleyhinə olmasına baxmayaraq, orada ağıllı senatorların mövqeyinin əksinə olaraq Senat müəyyən təsir altında bu qərarı qəbul edib. Müzakirə salonunda 60 senator olub, əslində isə Senat üzvlərinin sayı 348 nəfərdir. Səsverməyə gəlincə, Senatda belə qayda var ki, qrup rəhbərləri qrup üzvləri tərəfindən səs verə bilərlər. Ona görə də, səsvermə zamanı belə nəticə alınıb. Bu da məlumdur ki, qanun layihəsinin əleyhinə olan senatorlara müzakirələrə gəlməmək tövsiyə edilib və onların bəziləri müzakirəyə qatılmayıblar”. Bu fikirləri qəzetimizə açııqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlı bu hadisəni Fransa hakimiyyətinin, bütövlükdə Qərb dünyasının Türkiyəyə və İslam dünyasına təzyiqinin bir vasitəsi kimi qiymətləndirib. Onun fikrincə, bu məsələ yalnız seçkiyə görə deyil. YAP İcra katibinin müavini qeyd edib ki, burada böyük siyasətin izləri görünür: “Son dövrlərdə yenidən Avropada bəzi qruplar xaç yürüşünün yeni formasını həyata keçirməkdədirlər. Bu, xaç yürüşünün XXI əsrdə yeni formada davamıdır. Biz bütün türk dünyasına, müsəlman dünyasına basqını görməkdəyik. Bizim nə etməyimizdən asılı olmayaraq Qərbdə Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinə qarşı ikili standartlar açıq şəkildə özünü göstərməkdədir. Xüsusilə sovetlər ittifaqının süqutundan sonra Qərb dünyası qarşısına bir məqsəd qoyub ki, İslam dünyasını zəiflətsin. çünki İslam dininin dünya miqyasında güclü şəkildə yayılması, xüsusilə XXI əsrin axırlarında dünya əhalisinin üçdə ikisinin İslama sitayiş edəcəyi haqqında verilən proqnozlar xristian dünyasının liderlərini narahat edir. Yəni burada dini amil də rol oynayır”.
M.Qurbanlı deyib ki, bu gün Fransa siyasətçiləri bəlkə də, xəritədə Ermənistanın harada olduğunu bilmir. Amma erməni faktorundan yararlanaraq bundan Türkiyəyə qarşı təziyq kimi istifadə etmək istəyirlər. Millət vəkili xatırladıb ki, hələ XIX əsrin ortalarından başlayaraq Osmanlı dövlətinə də bu cür təzyiqlər edilirdi: “Osmanlı dövlətində yaşayan xristian əhalisinin hüquqlarının qorunması adı altında o dövrki Qərb dünyası təzyiqlər edirdi. Bu basqılar indi başqa formada davam etdirilir. Bunun nəticəsi nə olacaq? Bu gün Türkiyə güclü ölkədir, bu dövlət cavab tədbirləri elan edib və həmin tədbirlər davamlı olacaq. İkincisi, Ermənistan Azərbaycanın 17,2 min kvadrat kilometr ərazisini işğal edib. Bu hadisə isə bir tərəfdən, işğalçı Ermənistana mənəvi dəstəkdir, ikinci tərəfdən Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini tam şübhə altına alır və ona inamsızlıq yaradır. üçüncüsü, Fransa xalqının 5-ci respublikasının demokratikliyinə şübhə yaradır. Dördüncüsü, bu, İslam dünyasında Qərb demokratiyasına inamsızlıq yaratmaqla terrorun yaranmasına gətirib çıxarır. Terror haqsızlığa qarşı mübarizənin məcburi formasıdır. Biz terroru müdafiə etmirik, amma Talibanı, “Əl-Qaidə”ni məhz ikili standartlar yaradıb. Fələstinlilərə qarşı törədilən haqsızlıq və ikili standartlar onları terrora yuvarlayır. Bu cür hərəkətlər dünyanın fundamental əsaslarına zərbədir. Bu sənədin qəbul edilməsi BMT-nin, ATƏT-in, Avropa Şurasının prinsiplərinə zərbə endirir. Bu, böyük bir rəzalətdir və bu rəzalətin başında sarkozilər, sənədə səs verən senatorlar, neoimperialistlər dayanır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bundan ibrət dərsi almalıdır. Biz Qərb ölkələrinə nə qədər yaxınlaşırıqsa, onlar bizə əks addım atırlar. Türkiyənin Avropa İttifaqına üzvlüyünü əngəlləmək bu siyasətin tərkib hissəsidir. Bu hadisə istər-istəməz hər bir azərbaycanlıda qəzəb hissi yaradır. çünki həmin sənədin qəbul olunması işğalçı Ermənistana mənəvi dəstəkdir. Ermənilər bunu qələbə kimi bayram edirlərsə, sabah işğalçı Ermənistan bizim torpaqlarımızdan çəkiləcəkmi? Yox, çünki arxasında Fransa kimi ölkələr görəcək. Biz bu hadisəni qətiyyətlə pisləyirik”.
YAP İcra katibinin müavini deyib ki, Azərbaycan tərəfi məsələ ilə bağlı lazımi addımlar atır. Onun sözlərinə görə, Milli Məclis Fransa Senatına müracət göndərib. Eyni zamanda, YAP gəncləri adından hər bir senatora müracətlər göndərilmişdi, onlar bu addımı atmamağa çağırılmışdı. “Azərbaycan tərəfi bu siyasətin doğru olmadığını açıq şəkildə bildirib. Eyni zamanda, cəmiyyətimiz müxtəlif formalarda bu məsələyə etiraz edib. Azərbaycan tərəfi bu məsələdə Fransanın ermənilərə dəstək verməsini onun Minsk qrupundakı fəaliyyətini şübhə altına aldığını birmənalı şəkildə bildirib. Bundan sonrakı addımlar da hökumətimizin siyasətində özünü göstərəcək. Mən əminəm ki, Azərbaycan ictimaiyyəti Fransa Senatının qəbul etdiyi qanuna böyük təpki göstərəcək. Fransa hakimiyyətinin şansı var ki, bu qara ləkədən özünü xilas etsin. Bu hadisə 5 respublika qurmuş Fransa xalqı üçün ləkədir. Bu, bütövlükdə Avropa dəyərlərini gözdən salan addımdır ki, bunun nəticələrini onlar daha sonra görəcəklər” - deyə M.Qurbanlı vurğulayıb.
Millət vəkilinin fikrincə, müəyyən beynəlxalq təşkilatların ikiüzlüluyu burada özünü göstərir. YAP İcra katibinin müavini hesab edir ki, həmin beynəlxalq təşkilatlar, Avropa Şurası, ATƏT və digər qurumlar Fransa Senatının qəbul etdiyi sənədi pisləməlidir: “Hardadır “Human Rights Watch”, “Amnestiy İnternational” və başqaları? Niyə etiraz etmirlər? Budur dünyada sülhə, əminamanlığına vurulan zərbələr. Bu hadisə Xocalı faciəsini törədən qatillərə dəstək verməkdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

