Azərbaycanın iştirakı ilə...
13.10.2023 [10:20]
Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində iş aparılır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qlobal əməkdaşlıq layihələrinin tərəfi kimi hər zaman fəal xarakter nümayiş etdirib. Yeni dönəmdə əməkdaşlıqların inkişaf etdirilməsinə, bölgədə birliyin daha da yüksəldilməsinə yönəlik fəaliyyətimiz bu mənada təqdirəlayiqdir. Azərbaycan heç bir zaman yerində saymayıb və daha fərqli layihələrlə əlaqələrin inkişafına öz töhfəsini verib. Yeri gəlmişkən, bir müddət öncə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirilməsi və tikinti işlərinə başlanılması da bu qəbildən olan fəaliyyətlərdəndir. Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində Prezident
İlham Əliyev bildirib ki, İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub: “Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.
İran vasitəsilə...
Azərbaycan hər zaman mühüm regional və qlobal layihələrin iştirakçısı və ya təşəbbüskarı kimi fəallığı ilə seçilir. Ölkəmiz tranzit yükdaşımalar, nəqliyyat dəhlizləri məsələsinə xüsusi həssaslıqla yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan hazırkı mərhələdə həm Orta Dəhliz, həm də Şimal-Cənub Nəqliyyat dəhlizinin ən mühüm həlqələrindən sayılır.
Qeyd edək ki, Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür. Yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın tranzit gəlirləri artacaq. Azərbaycan İran vasitəsilə həm də Naxçıvanla bağlantını yaradır və bu, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.
İndiki gərginliklər fonunda - Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yarandığı bir zamanda Azərbaycan İran vasitəsilə Naxçıvana, oradan isə daha böyük bir coğrafyaya çıxış imkanları ilə bağlı yeni fürsətlər formalaşdırır.
Şimal-Cənub Dəhlizi...
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma isə Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.
Ümumiyyətlə, bu dəhliz hər zaman olduqca strateji bir layihə kimi dəyərləndirilib. Nəzərə alınmalıdır ki, bu dəhliz də Azərbaycandan keçir və ölkəmizin mühüm nəqliyyat qovşağı kimi cəlbediliciyini artırır. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, qısa zaman kəsiyində təyinat nöqtəsinə çatdırıla bilir. Bu dəhliz, sadəcə, müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır - Azərbaycanın Vətən müharibəsi dövründə və antiterror tədbirləri zamanı bölgədə təhlükəsizlik mühtini daha da möhkəmləndirməsi bu məsələdə əhəmiyyətli rol oynayır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

