Menendez həm də casus çıxdı...
14.10.2023 [11:42]
Senator erməni arvadının təkidi ilə Misirə “işləməkdə” günahlandırılır
Ermənipərəst mövqeyə malik, Azərbaycana və Türkiyəyə qarşı çıxışları ilə “yadda qalan”, sonda isə rüşvət və korrupsiyaya bulaşdığı aydın olan amerikalı senator Robert Menendezə qarşı yeni ittiham aktı irəli sürülüb. Ermənipərəst senator və həyat yoldaşı ABŞ-da xarici agent elan edilib, əmlakları müsadirə oluna bilər. Bu barədə “The New York Times” nəşrinin yazdığına görə, Menendez bu dəfə Senatın xarici əlaqələr komitəsində çalışdığı dövrdə Misir agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir. Federal prokurorlar Robert Menendezi, onun arvadı Nadine Menendezi və üçüncü müttəhim Uael Hananı Ədliyyə Departamentində qeydiyyatdan keçirmədən senatorun Misirin xeyrinə işləməsini təşkil etməkdə gunahlandırırlar. Prokurorlar hakimdən Nyu Cersi ştatında Menendez ailəsinə rüşvət kimi verilmiş mənzilin, həmçinin Mersedes-Benz markalı avtomobilin müsadirə edilməsini istəyiblər. Sözügedən əməllərin Menendezin sadiqlik və inamla bağlı Senat qarşısında ABŞ konstitusiyasına etdiyi andını pozan əməllər olduğu və ona vəzifəsindən istefa verməsi üçün təzyiqləri artıracağı vurğulanıb.
Erməni Nadine Roberti məhv etdi...
Qeyd edək ki, Robert Menendezin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla birgə yaşayışından sonra baş verib. “Arslanyan” soyadını Menendezə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşəvətə, korrupsiyaya bulaşan, təmsl etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendez yeni ittihama görə xarici ölkələrə casusluq belə edibmiş-yeni ittihamda onu dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub. “Görünür, ABŞ-də ilk dəfə olaraq vəzifədə olan senator 2-ci Dünya Müharibəsi dövrünün Xarici Agentlərin Qeydiyyatı Aktında nəzərdə tutulan davranışlarda ittiham edilir”, - “The New York Times”ın araşdırmasında bildirilib.
Vurğulanıb ki, FBİ rəsmiləri və prokurorlar 69 yaşlı Robert Menendez, arvadı 56 yaşlı Nadine Menendez, Uael Hana və digər iki biznesmenə qarşı ötən ay irəli sürülmüş ittihamda Menendez ailəsinin yüz minlərlə dollar, qızıl külçələri və Mersedes-Benz qarşılığında senatorun nüfuzundan istifadə edərək ABŞ-ın Misirə yardımlarının və hərbi satışlarının artırılması sxemi qurublar.
Menendez “sizin üçün başqa nə edə bilər”?
Təsadüfi deyil ki, ittiham aktında erməni Nadinenin Roberti casus olmağa “şirnikləndirməsi” açıq-aydın yazılıb. Erməni xisləti özünü hər an büruzə verir - 2018-2022-ci illərdə Menendez, onun arvadı və Uael Hana müxtəlif yerlərdə Misir rəsmiləri ilə görüşüb və senatorun rüşvət müqabilində Misir agenti kimi fəaliyyət göstərməsini təşkil ediblər. Qeyd olunub ki, Nadine Menendez 2019-cu ilin mayında Vaşinqtondakı steyk restoranında “Mənim sevgilim sizin üçün başqa nə edə bilər” sualı verib.
Vurğulayaq ki, ötən ay ilk ittiham aktı irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən ayrılıb, lakin o, demokratların Senatdan istefa vermək tələbini qəbul etməyib.
Bahalı hədiyyələr, bahalı səyahətlər...İttiham aktında senator Menendez digər senatorlara Misir hökuməti rəsmiləri adından məktub yazaraq 300 milyon dollarlıq ABŞ yardımını sərbəst buraxmağa inandırmağa çalışmaqda ittiham edilib. Qeyd olunub ki, Robert Menendez məktubu arvadı Nadine Menendezin təkidi ilə yazıb və daha sonra ona öz şəxsi emaili vasitəsilə göndərib. Nadine Menendez isə Uael Hanaya göndərib və sonuncu emaili Misir rəsmilərinə ötürüb.
İttiham aktında qeyd olunub ki, Robert Menendez Xarici Agentlərin Qeydiyyatı Aktının tələblərindən tam xəbərdar olub. Belə ki, o, həmin dövrdə Ədliyyə Departamentindən Floridadan olan sabiq respublikaçı konqres üzvünün Venezuella ilə əlaqələrinə görə sözügedən qanunu pozub-pozmadığını araşdırmasını istəyib.
Bu, Menendezə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər, həmçinin siaysi kampaniya töhfələri almaqda ittiham edilib. İş 2017-ci ildə məhkəməyə təqdim olunsa da, jüri yekun qərar qəbul edə bilməyib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

