Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aİ Rubenin “VAR”ını, yoxsa “YAN”ını müdafiə edir?

Aİ Rubenin “VAR”ını, yoxsa “YAN”ını müdafiə edir?

21.10.2023 [10:20]

Erməni əsilli biznesmenin fransızvari “siyasi perspektivləri”...

Avropanın “beynəlxalq” status daşıyan bəzi təsisatları, qurumları yeni kampaniyaya start verib. Bu, anti-Azərbaycan kampaniyasının tərkibində yer alan “cinayətkarlara amnistiya” “arz ularıdır”. Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının bəyanatlarında yer alan məqam bunu deməyə əsas verir. “Mühüm etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və hər tərəfdən sərt ritorikadan çəkinməyi gözləyirik”.

Bəli, Qərb, xüsusilə Avropa açıq surətdə terrorçu və separatçı fiqurların sərbəst buraxılmasına çağırışlar edir. Bəzi nəşrlərdə, bəzi açıqlamalarda hətta adlarla bağlı konkretlik də yaşanır - məsələn, belə görünür nə Saakyan, nə Qukasyan, nə İşxanyan Avropada heç kimə “gərək deyil”. Amma Azə?baycana “təzyiq” göstərməyə çalışan qüvvələrin, fransızhəngi təbliğatın parçasına çevrilən mərkəzlərin sözünün əvvəli də Vardanyandır, sonu da - maraqlıdır ki, Aİ-nin Vardanyan “sevgisinin” arxasında hansı məqamlar gizlənir. Bu, sadəcə “erməni təəssübkeşliyinin” “YAN” sevgisidir, yoxsa soyuq gülüşlə pul qazanan Avropanın “VAR” hərisliyindən doğur? Maraqlıdır...

Erməni əsilli biznesmen Qarabağa niyə gəlmişdi...

Aylar öncəyə qədər arxayın-arxayın kreslosuna yayxanaraq BBC-nin “Hard Talk” verilişində Stephen Sackur-un suallarını cavablandıran Ruben Vardanyanın 2022-ci ildə Qarabağa “gəlişi” həm gözlənilməz, həm də gözlənilən idi. Həmin dövrə qədər Rusiyada uğurlu biznes həyatı quran, bu ölkənin hətta siyasi kluarlarında belə “yaxın adam” səviyyəsinə qalxmağı bacaran bu şəxs sonradan hansı ağıla, hansı fikrə uydusa... Mətləbə keçməmişdən əvvəl qeyd edək ki, ötən ilin payızında Qarabağda peyda olana qədər Vardanyan geniş ictimaiyyətə yalnız və yalnız erməni əsilli bir biznesmen kimi tanış idi. Düzdür, ara-sıra o da digər erməni milyonçular kimi Ermənistan, hətta separatçı rejimə “görüm-baxım” edirdi - amma separatçı rejimin tərkibinə qatılacağı və ya Qarabağdakı rejimdə “vəzifə” tutacağı bəlkə də heç Vardanyanın da ağlına gəlmirdi. Amma necə oldusa, Vardanyan Qarabağa gəldi...

Və bu gəlişinin ardından da elə ilk gündəcə peşmançılıq yaşadı - gəlmişdi kabab iyinə... Amma Azərbaycanın qətiyyətli addımları Vardanyanın əlini-qolunu bağladı - 23 apreldə Laçın dövlət gömrük sərhəd-buraxılış məntəqəsinin rəsmən fəaliyyətə başlaması isə Vardanyan üçün sonun başlanğıcına çevrildi. Məhz həmin gündən sonra Vardanyan yalnız və yalnız Xankəndidən necə “canını qurtaracağını” düşündü..

Aİ niyə Vardanyanı “istəyir”?

Gəlişindən az sonra - 2022-ci il noyabrın 4-də hazırda Bakıda təcridxanada “çay içən” Araik Arutyunyan onu “yeni dövlət naziri” kimi təqdim etdi - xarici “idxal” sayılan erməni milyarderin seperatçı rejimin üzvləri arasında peyda olması isə heç nəyi dəyişmədi - sadəcə, o da, seperatçı quldur dəstəsinin bir üzvünə çevrildi.

Bu günün rakursunda Vardanyanın xidmət etdiyi məkanların, qüvvələrin və güclərin adları daha rahat görünür - Vardanyan Qarabağa gələn kimi Rusiya onu vətəndaşlıqdan çıxardı. Qərb isə bu yeni “VARlı” “YAN”dan öz maraqları üçün istifadə etməyə çalışdı. Düzdür, əvvəlllər onların əlaqələri o qədər də nəzərə çarpmırdısa, sonradan bəzi mətləblərə aydınlıq gəldi.

Antiterror tədbirləri zamanı saxlanılaraq Bakıya gətirilən Vardanyanın Avropa üçün kəsb etdiyi maraq bir neçə istiqamətdə  izah oluna bilər:

- Aİ Vardanyanın “amnistiyasına” nail olmaqla Qarabağ erməniləri üzərindən yeni “planlar” qurmağa çalışa bilər;

- Vardanyan növbəti mərhələdə Ermənistanda əsas müzakirə predmetinə çevrilmiş “çevrilişdə” istifadə edilə bilər;

- Ruben yeni mərhələdə Fransa qarışıq Avropanın region üçün planlaşdırdığı ehtimal edilən “erməni ideoloji mübarizə xətti”nin əsas “qəhrəmanı” kimi qələmə verilə bilər;

- Nəhayət, Vardanyan öz müdafiəsi üçün külli-miqdarda “bəxşiş” söz verib.

Rubenin “VAR”ı Avropa üçün göydəndüşmə fürsətdir - amma, onun indiki məqamda Ermənistana transferi Aİ üçün əvə?edilməz bir fürsətdir. “Yeni sima” adı altında Ermənistanın siyasi palitrasına “calaq ediləcək” Vardanyan beləliklə tam şəkildə Aİ-nin, dolayısı ilə Fransanın “əsirinə” çevriləcək.

Fransa neokolonializmi üçün yeni kölələr...

Bir məqama diqqət yetirək - son günlərdə ayrı-ayrı ölkələr və ya təşkilatlar tərəfindən aparılan anti-Azərbaycan kampaniyalarında səslənən tezislər eynilik təşkil edir. Bu isə onların bir mərkəzdən idarə olunduğunu deməyə əsas verir. Təbii ki, bütövlükdə Avropa məkanı üçün əsas aparıcı güc sayılan Aİ-nin “bəyan etdiyi” məsələlər daha çox diqqəti cəlb etməli idi - “canilərə amnistiya” məsələsinin məhz Aİ-nin bəyanatında yer alması da bu səbəbdəndir. Fransanın timsalında Cənubi Qafqaza yönəlik “yeni siyasi baxış”ın mərkəzində məhz istismar edilməsi nəzərdə tutulan, “özününküləşdirilən” vardanyanlar dayana bilər. Qərb proseslərin inkişaf istiqamətlərini artıq sezir - Azərbaycanla Ermənistan arasında sülhün imzalanması bu ilin sonuna qədər bəlkə də yekunlaşa bilər. Bu sülh imzalanacağı təqdirdə isə Ermənistan üçün yeni perspektivlər formalaşır - Azərbaycanın təklif etdiyi Cənubi Qafqaz formatı yeni münasibətlər sistemi formalaşdırır. İqtisadi layihələrə qoşulacaq və Cənubi Qafqazın bir hissəsi kimi ümumi inkişaf tempinə ayaq uyduracaq Ermənistan Fransanın siyasi- iqtisadi əsarətindən xilas ola bilər - bu, Fransa kimi neokolonialist siyasətindən əl çəkməyən ölkə üçün böyük itkidir, hətta həyati anlam daşıyır. Bu baxımdan, Aİ-nin əli ilə canilərə “azadlıq” tələb edən Fransa özünə yeni kölələr formalaşdırmaq istəyir.

Azərbaycanın iradəsinə təsir etmək mümkün deyil...

Amma Azərbaycan dövləti hər zaman bəyan edib və göstərib ki, bizim iradəmizə kimsə təsir göstərə bilməz. Yürütdüyü dövlət siyasətində hər zaman humanizmi əsas prioritet kimi müəyyənləşdirən Azərbaycanda qanunun aliliyinin təmin edilməsi bütün halların fövqündədir - Azərbaycan hüquqi dövlət olaraq öz sərhədləri daxilində separatizmin yayılmasına rəvac vermiş, fərqli cinayətlərdə ittiham olunan şəxslərin qanun qarşısında mühakiməsinə nail olub. Hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən və bütün addımlarında bu kimi bəşəri dəyərlərə istinad edən ölkəmiz üçün ittiham olunan şəxslərin kimliyi, adı, soyadı və ya milli mənsubiyyəti fərq etmir - bizim üçün qanunların çərçivəsində aparılan mühakimə əsasdır. Aİ-nin çağırışı isə Azərbaycana təsir  edə bilməz - Azərbaycanın davranışları yalnız və yalnız milli maraqlara əsaslanır...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31