Dağılan miflər, yaxud məğlubiyyət sindromu
21.10.2023 [10:55]
Ermənistan dövlət gerbini niyə dəyişir?
Məğlub Ermənistanın gerbinin dəyişdirlməsi məsələsi gündəmə gəlib. Bununla bağlı xeyli müddətdir ki, ölkədə müxtəlif səviyyələrdə müzakirələr aparılır. “Past” nəşrinin məlumatında vurğulanıb: “Bizə məlum olub ki, toplantıda bəstəkarlar, yazıçılar, memarlar, rəssamlar iştirak ediblər, hətta gerbin bir neçə variantı da var. Yaxın vaxtlarda gerb və himnin dəyişdirilməsi məsələləri üzrə peşəkar komitənin yaradılması nəzərdə tutulur ki, bu komitə də seçilmiş ən uğurlu variantları öyrənib ictimaiyyətə təqdim etməlidir. Hazırkı mərhələdə səlahiyyətlilər mövzunu hələlik ictimailəşdirmək niyyətində deyillər, lakin eyni zamanda hissləri və reaksiyaları sınamaq üçün müxtəlif münasib hallarda bu mövzu ilə bağlı fərdi tezisləri tədricən ictimai sahəyə atmaq istəyirlər”.
Eyni zamanda, bu günlərdə “Hraparaq” nəşri mövzu ilə bağlı yeni məqalə dərc edib. “Hökumət Ermənistan Respublikasının gerbinin dəyişdirilməsi ideyasından imtina etməyib”. Nəşrin məlumatına görə bunu Ermənistanın təhsil, mədəniyyət və idman nazirliyi Janna Andreasyan bildirib. O əlavə edib ki, yeni gerbin eskizlərinin hazırlanması üzrə komissiya hələ formalaşdırılmayıb.
N.Paşinyandan gələn ideya
Xatırladaq ki, nazir hələ cari ilin iyul ayında mətbuata ayrı-ayrı ekspertlərin ölkənin gerbində problemlər olduğu barədə fikirlər bildirdikləri barədə məlumatlar sızdırmışdı. “İndiki məqamda hansısa bir formatda işçi qrup yoxdur. Əbəttə, özlüyündə sual formalaşıb. Biz onun üzərində işləməliyik”, - deyə Janna Andreasyan vurğulayıb.
Ermənistanlı nazirin KİV-ə bəhs olunan məlumatı sızdırması və sualın ekspertlər tərəfindən gündəmə gətirildiyini nəzərə çatdırması əslində cəmiyyətin nəbzini yoxlamaq anlamına gəlir. Axı Ermənistan cəmiyyətinin müxtəlif nəsilləri məhz bu gerbin ehtiva etdiyi məzmun əsasında formalaşıb. Aydın məsələdir ki, bundan birdən-birə imtina edilməsi ictimaiyyət arasında birmənalı qarşılanmayacaq.
Gerçəkdə isə gerbin dəyişdirilməsi ideyası baş nazir Nikol Paşinyandan gəlib. “Orada nə göstərilir? Ararat dağında (Türkiyə ərazisində yerləşən Ağrı dağı - red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı:Bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?”, - deyə baş nazir bildirib.
N.Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ararat dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında batan görmək olar. O, gerbdəki uzun müddətdir ki, Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvirinə də diqqət çəkib. “Hraparak”ın yazdığına görə, hələ cari ilin may ayında Nikol Paşinyan mətbuat konfransında jurnalistlərə sual ünvanlayıb: “Ermənistanda ən hündür dağ hansıdır?” Sualı özü cavablandıran baş nazir bildirib ki, bu, Araqasdır. “Ermənistanda ən hündür dağ Araqasdır - bu faktdır”, - deyə baş nazir bildirib.
Əsas səbəb Ağrı dağı və şirdir
Baş nazir N.Paşinyanın Ermənistandakı dağların hündürlüyünü müqayisə predmetinə çevirməsi aysberqin görünən tərəfidir. İdeyanın alt qatında tamam fərqli mətləblər dayanır. Məlumdur ki, Ermənistan dövləti zamanında ayrı-ayrı güc mərkəzlərinin məkrli niyyətləri əsasında tarixi Azərbaycan ərazilərində yaradılıb. Bu dövlətin siyasəti, ideologiyası miflər əsasında formalaşdırlıb. Eyni zamanda, Ermənistan qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları sərgiləyir. Bütövlükdə, Ermənistan dövlət və cəmiyyət olaraq sağalmaz “miatsum” xəstəliyinə düçar olub. Erməni alimləri tez-tez hansısa xəritələrə istinad etməklə Ermənistan ərazilərinin dənizdən-dənizədək uzandığını iddia edirlər.
Əslində, bunların hamısı əsası olmayan miflərdir. Qəribə burasıdır ki, ermənilər və onların havadarları mifləri həm özləri həqiqət kimi qavrayır, həm də bu saxtakarlığı başqalarının, bütövlükdə dünya ictimaiyyətinin qəbul etməsini istəyirlər. Bir nümunə gətirək. Xəbər verildiyi kimi, bu yaxınlarda Ermənistanın “böyük bacısı” hesab edilən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona Ermənistana səfərə gəlmişdi. K.Kolona səfər öncəsi “X” sosial şəbəkə hesabındakı paylaşımında ermənilərin “Ararat” adlandırdıqları Ağrı dağının fotosunu yerləşdirmişdi. Axı Ağrı dağının Ermənistana hansı aidiyyəti var? Fransalı nazir sıradan bir şəxs deyil ki, onun tarixdən və coğrafiyadan xəbəri olmasın. Ermənistana rəğbətin ifadəsi olaraq edilən bu paylaşımın qərəzli siyasi məqsədləri ortadadır. Bununla K.Kolona əslində Ermənistanın qonşu Türkiyəyə ərazi iddialarının ölkəsi tərəfindən dəstəkləndiyini bir daha xatırlatmaq istəyib.
Lakin Ermənistan bu kimi miflərlə heç nəyə nail olmayıb, əksinə qonşularla münasibətlərini korlayıb, bütün regional layihələrdən kənarda qalaraq dalan ölkəyə çevrilib. Artıq bu həqiqəti Ermənistandakı müəyyən qüvvələr də dərk etməyə başlayıblar. Ermənistan istəsə də, istəməsə də postmüharibə dövrünün reallıqları ilə barışmalı və qonşularla səmimi davranmalı, ərazi iddialarından geri çəkilməlidir.
Ermənistanın dövlət gerbinin dəyişdirilməsi məsələsinin gündəmə gəlməsi həm də bu ölkədə yaşanan məğlubiyyət sindromu ilə izah oluna bilər. N.Paşinyanın şirdən danışması təsadüfi deyil. Artıq burada başa düşülür ki, dövlət gerbində şir təsvir edilməsi tamamilə absurddur və ölkənin acınacaqlı məğlubiyyəti ilə kəskin bir təzad yardır. N.Paşinyanın “indi Ermənistanda şir yoxdur” izahı yenə də aysberqin görünən tərəfidir. Ermənistan 44 günlük müharibədən 10 mindən çox fərari və tamamilə dağılmış ordu ilə çıxdı. Ölkənin silahlı qüvvələrinin əsgər və zabitləri sursatlarını döyüş meydanında qoyaraq qorxaqcasına qaçırdılar. Bu reallığın fonunda məntiqi sual yaranır: Güc, qüvvət, yenilməzlik rəmzi olan şir məğlub ölkənin harasına yaraşır?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

