500 illik üzqarası…
21.10.2023 [11:50]
Zaman ötsə də, müstəmləkəçilik siyasətinin mahiyyəti dəyişmir...
Özünü demokratiyanın beşiyi sayan, dünyaya fikir plüralizmi, söz azadlığı, birgəyaşayış qaydaları dərsi keçmək iddialarında bulunan Fransa öz nümunəsində bunların heç birinə əməl etmir. Açıq-aydın görünür ki, ölkə demokratik ənənələrindən tamam geri çəkilib. Ən azından bu ölkədəki hazırkı vəziyyət, xüsusilə də Emmanuel Makronun prezidentliyi dövründə reallaşdırılan siyasət belə qənaətə gəlməyə əsas verir. Bugünkü Fransada hökumətə etimadsızlıq və yaxud sosial zəmində keçirilən etiraz aksiyalarının süvarilərin hücumu, polislərin dəyənəyi, su şırnaqları, rezin güllələr, gözyaşardıcı qazlarla dağıdılmasını başqa cür necə izah etmək mümkündür? E.Makron iqtidarının qatı mühafizəkar simasını səciyyələndirən digər bir mühüm məqam isə Fransanın XXI əsrdə də müstəmləkəçilik siyasətindən geri çəkilməməsidir.
20-dən çox ölkəyə soyqırımları, sərvətlərin talanmasını gətirən Fransa
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, üzqarası siyasətinin mahiyyəti dəyişməyib.
Yeri gəldi-gəlmədi demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Seneqal, Tunis, daha sonra Suriya, Livan zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib.
Hazırda Fransanın neokolonializm siyasətini səciyyələndirən ən mühüm cəhətlərdən biri Afrika ölkələrinin iqtisadi təzyiq altında saxlanılmasıdır. Müstəmləkəçi ölkə kasıb Afrika dövlətlərinin sərvətlərini talayır, onları özünün bahalı kreditlərinin asılılığında saxlayır. Afrika dövlətləri Fransız şirkətləri üçün bir növ ucuz sərmayə və ucuz işçi qüvvəsi poliqonu qismində çıxış edir. Fransa hələ 1945-ci ildən etibarən Afrikada fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidi sayəsində Fransa Afrika ölkələrini istismar edir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.
Xalqların milli kimliyinə həqarətlə yanaşılır
Müstəmləkəçi Fransa iqtisadi-maliyyə rıçaqları ilə öz təsir dairəsində saxladığı Afrika dövlətlərinin xalqlarının milli kimliyinə və tarixi ənənələrinə həqarətlə yanaşır. Bununla bağlı paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan tədbirlərdə çoxsaylı fikirlər səsləndirilib. “Fransa Martinikanı ayrıca xalq olaraq görməkdən imtina edir”. Bu barədə Martinikanın azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
“Biz öz aramızda ana dilimizdə danışırıq. Lakin Fransa regional dillərlə bağlı qanuna imza atmayıb. Biz yaxın zamanda bir sənəd qəbul etdik ki, öz dilimiz fransız dili ilə ilə eyni statusa bərabər olsun. Fransa isə deyir ki, tək rəsmi dil fransız dilidir. Onlar başqa dilin rəsmi dil olmasından imtina edirlər”,- deyə Luk Karole əlavə edib.
Oxşar məzmunlu fikirləri həmçinin Qvadelupanın təmsilçiləri səsləndiriblər. Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep bildirib ki, Fransanın məqsədi xalqları assimilyasiya etməkdir. O qeyd edib ki, Fransa assimilyasiya siyasətinə ilk olaraq dildən başlayır. “Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır”,- deyə o əlavə edib.
Fransa dialoqu rədd edir
Fransa hər nə qədər mühafizəkar siyasətini davam etdirməyə çalışsa da, Afrika xalqlarının əsarətdən qurtulmaq uğrunda mübarizələri genişlənir və qarşısıalınmaz prosesə çevrilir. Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransında “Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir”, - deyə bildirib. Onun sözlərinə görə, Fransanı yalnız öz maraqları düşündürür. Fikirlərinə davam edən Qaston Samit vurğulayıb: “Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

