Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-nin günü...

BMT-nin günü...

24.10.2023 [10:45]

78 saylı ən böyük beynəlxalq qurumun son aqibəti ürəkaçan deyil

II Dünya Müharibəsinin tam şəkildə bitməsinin ardından, yəni 1945-ci ilin payızında yeni dünya düzənin formalaşdırılmasına ehtiyac duyuldu - fərqli siyasi gündəmlər, fərqli siyasi baxışlar və fərqli siyasi mövqelər bunu zəruri edirdi. Bu dəfə nə orta əsrlərdəki kimi “xətkeşli bölgü” aparılmayacaqdı, nə də yeni nizamda “güclü-gücsüz” qarşıdurmasına start verilməyəcəkdi - bu dəfə ən güclülər bir “masa arxasına” toplanaraq dünyada sabitlik və təhlükəsizliyin təmin olunmasına dəstək nümayiş etdirəcəkdi. Nəticədə 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış “Ümumdünya Hökuməti” - Birləşmiş Millətlər Təşkilatı zərurətdən doğaraq yeni dönəm üçün yeni dünyada sülh və sabitlik, müzakirə və nəticə, hətta bəzi məqamlarda təsir və təzyiq funksiyasını yerinə yetirmək üçün “yola rəvan oldu”. Ötən 78 ildə “sərhədlərini” genişləndirərək 193 ölkəni, 500 asılı ərazini, Antarktida materikini, Qərbi Səhranı, Dünya okeanını, bir sözlə bütünlükdə yer kürəsinin 80 fazini öz mandatına qatan BMT bu gün siyasi münasibətlər sisteminin ən böyük, ən geniş siyasi təşkilatına çevrilib.

Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin əsas missiyası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu yola mayak tutan əsas istinad nöqtəsi isə 1945-ci ilin 26 iyununda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanan və 1945-ci ilin 24 oktyabrında qüvvəyə minən BMT Nizamnaməsi oldu. Bu Nizamnamə təşkilatın dünyaya baxışını, ortada olan problemlərlə yanaşmaları, daxili qaydaları müəyyənləşdirməklə ötən 10 ilə yaxın dövr üçün BMT-nin idarə edilməsində əsas “istinadgaha” çevrilib. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatları mövcuddur.

Qurumun əsas vəzifələrinə isə münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, eyni zamanda xalqın özünüdərketmək və bərabərlik prinsipinə hörmət etmək əsasında ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi daxildir. Bundan başqa, beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək qurumun ali məqsədlərindən biri kimi müəyyənləşdirilib.

Təssüfləndirici haldır ki, XX əsrin sonu, XXI yüzilliyin əvvəlində BMT-nin funksionallığının zəiflədiyinin şahidi oluruq. O baxımdan ki, son dövrlərdə artan kataklizmlərin, qlobal təhlükəsizliyə açıq təhdidlərin fonunda BMT-nin susqunluğunun müşahidə olunması adekvat sayıla bilməz. Yaranan vəziyyət nonsensdir. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda BMT-nin fəal müdaxiləsi nəzərə çarpmır və əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verilir. Bu, paradoksal bir vəziyyət yaradır. Düzdür əvvəlllər də BMT TŞ-nin bəzi qərarlarının icrasına selektiv yanaşmaların şahidi olmuşuq - məsələn, Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul edilən 4 qətnamə 30 ilə yaxın icra edilmədi və Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Beləliklə, bu kimi hallar 78 yaşlı BMT-nin yeni dönəmdə daxili “islahatilara” getməsinə və yenilənməsinə ehtiyacın duyulduğunu göstərir. Bununla bağlı zaman-zaman Azərbaycan və Türkiyə də öz fikirlərini bölüşüb - xüsusilə, BMT TŞ-nin genişləndirilməsi, yeni daimi üzvlərə ehtiyacın duyulması məsələsi uktuallaşıb. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə toplantılarında bununla bağlı fikirlərini diqqətə çatdırıb və vurğulayıb ki, dünyanın ikinci nə böyük təşkilatının BMT TŞ-d? təmsilçiliyinin təmin edlməsinə ehtiyac var. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının BMT TŞ-da təmsil olunması məsələsi hər zaman gündəmdə olub. Bu kimi məqamlar və təkliflər isə ən böyükmiqyaslı beynəlxalq birliyin yeni dünya sistemində fəallığının arıtırılması üçün vacib sayılan şərtlərdəndir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31