BMT Bakının tələbini qəbul etdi
27.10.2023 [10:32]
Bu, Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir
N.BAYRAMLI
BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə məktub göndərib. Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Baş Assambleyanın xüsusi sessiyasının oktyabrın 26-da BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilməsi qeyd olunub.
Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir ki, bu da dünyada rəğbətlə qarşılanır. Xüsusilə, Qoşulmama Hərəkatının sədri olaraq dövlətimiz mühüm təşəbbüslərlə çıxış edib.
Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb. Bu xüsusda QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə yüksək səviyyəli Təmas Qrupunun təsis edilməsini, 4 may 2020-ci ildə onun virtual formatda Sammit səviyyəli görüşünün keçirilməsini, QH-nin sədri qismində ölkə başçısı İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsini qeyd etmək olar. Xüsusi sessiyada da BMT-yə üzv olan ölkələr (Ermənistan istisna olmaqla) Azərbaycanın təşəbbüsünü və çağırışlarını yüksək qiymətləndirdilər.
Həmçinin, ölkə başçısının təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib.
BMT-nin növbəti xüsusi sessiyasının keçirilməsi də Azərbaycanın beynəlxalq miqyasda baş verən hadisələrə, dünyanı narahat edən proseslərə adekvat münasibətinin və dünya ictimaiyyətinin qlobal problemlərin həllində həmrəyliyinin təmin olunmasına yönələn səylərinin göstəricisidir. Bu baxımdan, Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyassının fövqəladə xüsusi sessiyasının keçirilməsi böyük önəm kəsb edir.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32

