ABŞ və Çin liderlərinin görüşü...
02.11.2023 [10:53]
Qlobal proseslərə təsir edəcəkmi?
Ağ ev Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın sonunda San-Fransisko şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində ABŞ və Çin liderlərinin görüşəcəyini təsdiqləyib. Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə tərəflərin belə bir görüş barədə razılığa gəldiklərini açıqlayıb. O, görüş planını tamamlamaq üçün lazım olan detallar barədə danışıqların davam etdiyini söyləyib.
Rəsmi Pekin isə Çin və ABŞ liderlərinin görüşünün təsdiqlənməsinə dair hələ açıqlama verməyib. Qeyd edək ki, bu yaxınlarda Çin xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə müzakirələrdə Bayden- Cinpin görüşü ilə bağlı məsələ də diqqət mərkəzində olub.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də Prezident Baydenin Si Cinpinlə “yenidən görüşməyi tamamilə gözlədiyini” qeyd edib. Görüş baş tutsa, bu, iki liderin 2022-ci ilin noyabrında İndoneziyada danışıqlar aparmasından sonra növbəti dialoqu olacaq. Belə ki, ötən il İndoneziyanın Bali adasında ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilmişdi.
Bəs gözlənilən görüş iki ölkə arasında mübasibətlərə və qlobal proseslərə necə təsir edə bilər? Məlumdur ki, ABŞ və Çin arasında münasibətlərın soyuq olması yeni məsələ deyil. ABŞ Çini dünyada özünə qarşı ən böyük rəqib hesab edir. Çünki Amerikanın geosiyasi və qlobal maraqları üçün Çin böyük maneədir. Hələ ötən il Amerika Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kristofer Rey də Ronald Reyqan Prezident Kitabxanasında çıxışı zamanı bildirmişdi ki, “Bizim ideyalarımız, innovasiyalarımız və iqtisadi təhlükəsizliyimiz üçün Çindən daha geniş təhlükə yaradan heç bir ölkə yoxdur”. O iddia edib ki, Çin getdikcə ABŞ-dakı insanları şəxsi və siyasi qisas almaq üçün hədəfə alır. Bütün bu və digər səbəblərdən də Amerika mümkün qədər Çini zəiflətməyə çalışır. Burada ABŞ-ın istifadə etdiyi əsas kartlardan biri də Tayvan məsələsidir. Vaxtaşırı olaraq Vaşinqton bu kartdan Çinə qarşı istifadə edir.
Qarşıdakı görüş də Çin-ABŞ münasibətlərinin gələcəyi baxımından aktualdır. Bu, eyni zamanda, qlobal müstəvidə geosiyasi və geoiqtisadi proseslərə çox ciddi təsir göstərəcək amildir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən güclü iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların intensivləşməsi siyasi analitiklər tərəfindən müxtəlif cür şərh edilir. Aktual məsələ və əsas sual budur: bu təmaslar son illər gərginləşən münasibətlərin sərt mübarizədən konstruktiv rəqabət müstəvisinə daşınmasına səbəb olacaqmı? Bu suala dəqiq və birmənalı cavab vermək, təbii ki, asan deyil. Çünki bu iki nəhəng güc mərkəzinin strateji öncəliyi öz milli və qlobal maraqlarının təmin olunmasıdır. Bu isə proseslərin gah siyasi qarşıdurma və sərt iqtisadi mübarizə, gah da konstruktiv rəqabət müstəvisində davam edəcəyini deməyə əsas verir.
Məlumdur ki, Donald Trampın prezidentliyi dövründə Çinə qarşı həyata keçirilən aqressiv iqtisadi siyasət və diplomatik addımlar münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu. D.Tramp ABŞ-ın Asiya-Sakit okean regionunda əsas ağırlıq mərkəzinə çevrilməsi və Avrasiyada geoiqtisadi təsir imkanlarını artırmaq üçün Çini məhdudlaşdırmaq məqsədilə “ticarət müharibəsi”nə start vermişdi. Bu isə öz növbəsində qlobal geoiqtisadi proseslərə ciddi neqativ təsir göstərirdi.
Hazırkı mərhələdə isə tərəflərin ortaq platformada geoiqtisadi müzakirə aparmaq təşəbbüsləri müşahidə edilir. Bu, əslində, mövcud reallıqlar fonunda həm ABŞ-ın, həm də Çinin rasional və praqmatik davranmaq məcburiyyəti ilə qarşı-qarşıya olmasından irəli gəlir. Prezident Cozef Baydenin “G7” Sammitində irəli sürdüyü “Daha yaxşı dünyanı bərpa et” təşəbbüsünün nə qədər anti-Çin siyasəti elementlərini özündə ehtiva etdiyi deyilsə də, burada müştərək fayda əsasında əməkdaşlıq çağırışları da var. Doğrudur, bu konsepsiya da geoiqtisadi mübarizə strategiyası kimi səciyyələndirilə bilər, amma proseslərin təzyiq vasitələrindən istifadə etməklə deyil, geoiqtisadi rəqabət müstəvisində aparılmasını özündə ehtiva edir. Əsas diqqət isə beynəlxalq logistika sahəsində rəqabətə verilir.
Birləşmiş Ştatlar Çinin “Bir kəmər, Bir yol” layihəsinin təsir dairəsinin genişlənməsini, bu ölkənin Avropa bazarlarında üstün mövqeyə yüksəlməsini də narahatlıqla izləyir. Digər tərəfdən, hazırda Çinin yalnız Şərqi və Mərkəzi Asiyada, Yaxın və Orta Şərqdə deyil, bütün dünyada cərəyan edən geoiqtisadi proseslərə təsir gücünə malik dövlətə çevrilməsi ABŞ-ın Çinə münasibətdə yeni geostrateji konsepsiya ilə çıxış etməsini zəruri edir. Pekin də öz növbəsində ABŞ-ın geoiqtisadi təsir imkanlarının artmasını nəzərə alır, rasional və praqmatik davranmağın zəruriliyini bəyan edir. Liderlərin növbəti görüşünün qlobal proseslərə və iki böyük dövlət arasında rəqabətə necə təsir edəcəyini isə gələcək göstərəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

