Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir!

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir!

04.11.2023 [10:50]

ABŞ keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Ermənilərə lobbiçilik edən təşkilatlardan biri də ABŞ-da fəaliyyət göstərən Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutudur. Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və erməni diasporu ilə sıx əlaqələrə malikdir. Bu təşkilat yarandığı qısa müddət ərzində Azərbaycana qarşı dəfələrlə əsassız iddialarla çıxış edib.  Lemkin İnstitutu oktyabrın 31-də yaxın həftələrdə Azərbaycanın Ermənistana “təcavüzü” ehtimalından “dərin narahatlığını” bildirib.

“Amerikanın səsi” xəbər agentliyinin erməni xidməti təşkilatın bu “narahatlığı” ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu göndərib. Dövlət Departamenti isə sorğuya cavab olaraq Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib. ABŞ Dövlət Departamenti “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələri olacağını” vurğulayıb. “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulayırıq ki, həmin suverenliyin və ərazi bütövlüyünün hər hansı pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı tövsiyələrimizi və gözləntilərimizi vurğulayır və vəziyyəti davamlı olaraq izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur və biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”, - deyə ABŞ Dövlət Departamentindən  bildirilib.

Qeyd edək ki, oktyabrın 31-də isə Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ Dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı, münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar vəziyyətin həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib.

Azərbaycanın  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq deyib ki, ölkəmizlə təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək. Ayxan Hacızadə təəssüflə bildirib ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib. Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

“Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi, Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, - deyən XİN rəsmisi vurğulayıb ki, sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.

Göründüyü kimi, Fransa ilə yanaşı ABŞ-da da Azərbaycanın əleyhinə əsassız kampaniyalar aparılır. Təəssüf doğuran odur ki, hər iki ölkədə bu prosesdə bir çox dövlət rəsmiləri və parlamentarilər də fəallıq göstərirlər. Bu baxımdan, ABŞ Dövlət Departamentinin məlum açıqlaması da bunu təsdiqləyir. Lakin bu cür əsassız yanaşmalar Azərbaycanın iradəsinə təsir göstərər bilməz. Çünki dövlətimizin mövqeyi beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır!

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31