Şuşa - mədəniyyət paytaxtından turizm paytaxtınadək
15.11.2023 [10:55]
Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa bütün Türk və İslam dünyası üçün də əziz bir şəhərdir. Bunu qeyd olunan çoğrafiyalarda yerləşən dövlətləri birləşdirən beynəlxalq təşkilatların Şuşa ilə bağlı qərarları da təsdiqləyir. Postmüharibə dövründə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində yenidən dirçələn Şuşa ardarda müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
ECO-nun turizm paytaxtı
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) geniş coğrafiyada 10 ölkəni bir araya gətirən nüfuzlu beynəlxalq qurumdur. 7 milyon 937 min km2 ərazini əhatə edən təşkilata üzv olan ölkələrin birgə əhalisi 528 milyon nəfərdən çoxdur. Təşkilata üzv olan ölkələr 3.3 trilyon dollar nominal, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla 7.6 trilyon dollar real ÜDM-ə malikdirlər. Adambaşına düşən nominal ÜDM isə 6.5 min dollara yaxındır.
Belə böyük iqtisadi potensiala malik ECO ölkələri ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığı uğurla inkişaf etdirirlər. İştirakçı dövlətlərin böyük önəm verdikləri perspektivli sahələrdən biri də turizm sektorudur. İqtisadi Əməkdaşlıq Təşkilatının bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə baş tutan 16-cı Zirvə toplantısında bildirildiyi kimi, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Bu xüsusda bəhs edən ECO-nun Baş katibi Xusrav Noziri vurğulayıb: “Biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. “Turizm paytaxtları” konsepsiyası çox mühüm təşəbbüsdür”.
Tarixi şəhərimiz olan Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Bu barədə qərar 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində ECO-ya üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası çərçivəsində verilib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib. Sonda ECO-nun bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.
Qeyd edək ki, indiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib.
Gözəlliyi ilə göz oxşayan Şuşa bundan əvvəl 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Cari il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə Türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan - RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.
Şuşanın geniş turizm potensialı
Şuşanın turizm potensialı ilk növbədə onun təbii gözəlliyi ilə bağlıdır. Sanki uca Yaradan dağlar qoynunda qərar tutan bu şəhərə heç bir səxavətini əsirgəməyib. Şuşanın digər bir cəlbediciliyi onun milli koloritindədir. Şuşa qədim Azərbaycan şəhəridir. Şəhərin təməlini 1752-ci ildə Pənahəli xan qoyub. İşğal illərində ermənilərin törətdikləri dağıntılara, vandalizm əməllərinə baxmayaraq, Şuşa azərbaycanlı ruhunu saxlayıb. Bura gələn hər bir insan bunu görür və dəyərləndirir. Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, adam Şuşaya gələndə buradan getmək istəmir. Belə güclü cazibə Şuşanın izaholunmaz ecazkar ruhundadır. Qısa tanışlıq kifayətdir ki, bu ruh istənilən qonağı özünə bağlasın. O da xüsusi olaraq vurğulanmalıdır ki, bu şəhərə qəlbən bağlanan hər kəs özünü xoşbəxt sanır.
Eyni zamanda, tarix boyunca burada zəngin mədəni irs nümunələri, abidələr yaradılıb. Şuşa qalası, Şuşa mağarası, şəhərin məhəllələri, Pənahəli xanın sarayı, Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi, Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri, eləcə də yüzlərlə tanınmış tarixi şəxsiyyətin vaxtilə yaşadığı evlər turizm üçün ən unikal məkanlar sayıla bilər. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı və başqa dini abidələri turizm marşrutlarına daxil etmək mümkündür.Turşsu yaylaqları, İsa bulağı, Səkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Saxsı bulaq, Əjdaha bulağı, Dəvəbatıran, Fındıqlı bulağı, Cıdır düzü və saydıqca bitməyən görməli yerlər Şuşanın sağlamlıq və mədəni turizm potensialının nə qədər geniş olduğunu təsdiqləyir. Bütövlükdə Şuşada 135-ə qədər tarixi abidə var. Bu abidələr tunc dövründən başlayaraq müxtəlif tarixi inkişaf mərhələlərinə aiddir.
Hazırda Şuşada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Məlum olduğu kimi, dövlət başçımız 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Şəhərin bərpasına Prezident İlham Əliyevin 2021-ci il yanvarın 14-də etdiyi səfərdən sonra start verilib. Qısa müddətdə qədim Şuşada görülən bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. Bura həm müasir infrastruktur yaradılması, həm yaşayış evlərinin tikintisi, həm də abidələrin bərpası daxildir. Qeyd edək ki, tarixi mədəni-dini irs nümunələrinin bərpasında, Şuşaya xas olan ənənələrin dirçəldilməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” festivalının bərpası şəhərin həyatında əlamətdar hadisələrdir. Zaman ötdükcə qədim şəhərin qaynar mədəni həyatı geri qayıdır. Cari ilin oktyabr ayında Şuşada bütün Türk dünyasını bir araya gətirən möhtəşəm tədbir - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirldi. Forum işini üç panel üzrə davam etdirib. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılıb və Türk dünyasının bütün istiqamətlərdə, o cümlədən də mədəniyyət sahəsində daha sıx inteqrasiyasına çağırışlar edilib.
Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi heç şübhəsiz ki, tarixi şəhərimizin cəlbediciliyini daha da artıracaq. Bu, həm də erməni vandalizmi ilə bağlı təkzibolunmaz faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da çox önəmlidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

