Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Genişlənən siyahı...

Genişlənən siyahı...

15.11.2023 [12:00]

Aİ-nin “erməni sevgisi”nin səbəbi nədir?

Nardar BAYRAMLI

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının tərkibinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı noyabrın 13-də Brüsseldə keçirilən Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında razılığa gəlinib. İclasdan sonra Aİ rəsmisi Cozep Borel keçirdiyi mətbuat konfransında Ermənistandakı missiyanı gücləndirmək qərarına gəlindiyini bildirib: “Sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq”.

Rəsmi İrəvan da bu faktı təsdiqləyib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib ki, Avropa İttifaqının monitorinq missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var. Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) genişləndirilməsi uzun müddətdir müzakirə olunur: “Müşahidəçilərin sayının artırılması, onların potensialının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da monitorinqlə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək və sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək”.

Xatırladaq ki, belə bir planın olduğunu təxminən iki həftə öncə missiyanın rəhbəri Markus Ritter erməni mediasına açıqlamasında demişdi. O bildirmişdi ki, missiyanın genişləndirmə məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Ritter hazırda müşahidə missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib. Aİ-yə üzv olmayan üçüncü ölkənin Ermənistandakı missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib.

Göründüyü kimi, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar doğurur. Bu, ilk növbədə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Bu dəstəyin ifadəsi olaraq “Bayraktar” PUA-sı üçün müəyyən detalların Türkiyəyə satılmasını qadağan etmişdi. Səbəb də Azərbaycanın öz ərazilərini azad etməsində bu PUA-lardan istifadə etməsi göstərilirdi. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi. Kanadanın XİN başçısı Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə bəyanatları da ölkəsinin ermənipərəst mövqeyini bir daha təsdiqləmiş oldu.

Bundan əlavə, bu yaxınlarda Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasimi olub. Açılış mərasimində missiyanın rəhbəri Markus Ritter çıxış edərək bildirib ki, Aİ-nin Ermənistandakı missiyası bu ilin fevralında fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulayıb.

Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Ermənistan hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regionda tam yerləşdirilməsinə cəhd edir.

Bütün bunların fonunda Aİ-nin öz missiyasını Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Burada digər məqsəd Ermənistana dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31