Musəvidən Sübhaniyə xatırlatma
18.11.2023 [11:37]
“Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir”
N.BAYRAMLI
Bir neçə gün əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu ölkənin “CivilNet” platformasına müsahibə verərək əsassız və təxribat xarakterli fikirlər səsləndirib. O, bütün diplomatik normaları pozaraq deyib ki, Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir: “Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən müsahibəyə münasibət bildirərək deyib ki, İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik. A.Hacızadə qeyd edib ki, Azərbaycan ilə İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər, eyni zamanda, iki ölkənin prezidentlərinin noyabrın 9-da Daşkənddə keçirilmiş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə bildirib. “İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk. İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik”,-deyə XİN rəsmisi vurğulayıb.
Noyabrın 15-də isə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “X” hesabında “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir”,- deyə yazıb. O qeyd edib ki, İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır”. Əslində, səfir Seyid Abbas Musəvinin bu fikirləri onun Ermənistandakı həmkarının mövqeyinə cavab kimi qiymətləndirilə bilər. Bununla da, rəsmi Tehran öz mövqeyini səfirin dili ilə bir daha ifadə edib.
Qeyd olunduğu kimi, noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı İranın dövlət başçısı “Biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə təklif etməyə hazırıq” fikirlərini söyləyib. Prezident Rəisi İran şirkətlərinin Qarabağın bərpasına kömək etməyə hazır olduqlarını da bəyan edib. Araz çayı üzərindən keçəcək nəqliyyat marşrutu isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək.
Bütün bunların fonunda İranın Ermənistandakı səfirinin məlum açıqlaması Tehranın rəsmi mövqeyinə tamamilə ziddir. Səfirin dedikləri İran Prezidentinin Azərbaycanın dövlət başçısı ilə görüşündə “Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur” fikirləri ilə ziddiyyət təşkil edir. Ona görə də, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin “X” hesabında yazdığı “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir” fikirləri onun Ermənistandakı həmkarının dediklərini təkzib edir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

