"Azərbaycan Qafqazlardakı Avropa"
08.03.2012 [23:43]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Nizami kinoteatrında Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20 illiyinə və ölkə Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Qafqazlardakı Avropa” filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan müstəqillik illərində böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, təqdim olunan film ölkəmizdə həyata keçirilən islahatlar və bu islahatların dövlətimiz, insanlarımız üçün bəxş etdiyi nemətlər barəsindədir: “Hər bir ölkədə həyata keçirilən islahatlar, reallaşan siyasət ilk növbədə insanlar üçün rifah, əmin-amanlıq yaradır. ölkə vətəndaşlarının bu islahatlar haqqında, hökumətin fəaliyyəti barəsində münasibəti onların simasında ifadə olunur. Bu filmə baxanda isə Bakı şəhərinin küçələrində məmnunluq hissi üzündə ifadə olunan insanları görəcək və bunu dövlətimizin həyata keçirdiyi siyasətə insanların bu formada qiymət verməsi kimi qəbul edəcəksiniz”.
ölkəmizin sürətlə inkişaf etdiyini, yeniləşdiyini və müasirləşdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan dünyaya yeni bir möcüzə kimi təqdim olunmağa başlayıb. “Heydər Əliyevin peyğəmbərcəsinə söylədiyi “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” fikrini xatırlatmaq istəyirəm. Bu gün Azərbaycan dünyaya günəş kimi doğur. Artıq bütün dünya Azərbaycanın timsalında yeni bir möcüzənin yarandığını müşahidə etməkdədir. Bu film təbii ki, ölkəmizdə bu möcüzəni yaradan siyasət və bu siyasəti həyata keçirən lider barəsindədir. Heç şübhəsiz, həm Azərbaycan vətəndaşları, həm də ölkəmizlə maraqlanan xarici dövlətlərin vətəndaşları aydın dərk edir və dəyərləndirirlər ki, ölkəmizdə əldə olunan bütün nailiyyətlər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətlə bağlıdır. Bu siyasət təkcə Azərbaycanın keçmişi və bu günü deyil, həm də sabahıdır. Yəni bu siyasət Azərbaycanın dünyaya günəş kimi doğması prosesini özündə ehtiva edən bir reallıq və həqiqətdir. Bu film həm də Azərbaycanın liderinin həyata keçirdiyi siyasətin nailiyyətləri haqqındadır”, - deyə Əli Əhmədov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanı müxtəlif zamanlarda Avropaya bənzətməyə çalışıblar. Kimlərsə vaxtilə Azərbaycanı Şərqin Avropaya açılan pəncərəsi və ya Avropanın Şərqə açılan pəncərəsi hesab edib. “Yəni müxtəlif formalarda bu müqayiəsələr aparılıb. Hesab edirəm ki, burada bir məntiq var. Müəlliflərin bu filmə “Azərbaycan Qafqazlardakı Avropa” adını qoyması da təsadüfi deyil. Bu gün reallıq belədir ki, Azərbaycanı, bəzi coğrafiyaları da Avropa ilə müqayisə edirlər. Amma güman edirəm ki, formalaşan Azərbaycan möcüzəsi imkan verəcək ki, nə zamansa Avropanı digər coğrafiyalara bənzətsinlər. Yəqin ki, bu prosesdə istinad etalonu kimi götürülən coğrafiyaların arasında Azərbaycanın da adı olacaq. Bu gün həyata keçirilən siyasət, əldə olunan nailiyyətlər həmin günün gələcəyinə böyük inam formalaşdırır”, - deyə Əli Əhmədov qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə filmdə Azərbaycan tarixinin iki böyük şəxsiyyətinin fəaliyyətinin geniş əks olunduğunu bildirib. “Biz çox xoşbəxtik ki, bu filmin müasirləriyik. Bütün proseslər, qazanılan nailiyyətlər gözümüzün qarşısında baş verib. Film həm də ona görə əhəmiyyətlidir ki, gələcək nəsillər ölkəmizdə həyata keçirilən siyasətin uğurları barədə kifayət qədər məlumat əldə edə biləcəklər”, - deyən N.Məmmədov belə filmlərin yaradılmasına bundan sonra da ehtiyacın olduğunu vurğulayıb. O filmin hazırlanmasında zəhməti olan Azərbaycan və Türkiyə nümayəndələrinə minnətdarlığını bildirib.
Filmin müəlliflərindən olan Midhət Bərəkət Azərbaycanın son illər sürətlə inkişaf etdiyi vurğulayıb. Onun sözlərinə görə, bu inkişaf böyük vüsət almaqdadır. “Kənardan baxanda Azərbaycanın sürətli inkişafı daha aydın görünür. Biz filmdə həmin inkişafı real şəkildə ifadə etməyə çalışmışıq”, - deyən türkiyəli qonaq xaricdə, o cümlədən Avropada da Azərbaycanın uğurları ilə yaxından maraqlananların olduğunu qeyd edib. İnkişaf baxımından Azərbaycanın Qafqazın Avropası olduğunu deyən M.Bərəkət ölkəmizin gələcəkdə daha böyük nailiyyətlər qazanacağına inandığını bildirib.
Daha sonra mərasim iştirakçıları “Azərbaycan Qafqazlardakı Avropa” filminə tamaşa ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

