"012 Bakı Public Art Festivalı" çərçivəsində "Xəzri" heykəltəraşlıq nümunəsi təqdim edilib
10.03.2012 [23:23]
AzərTAc xəbər verir ki, Altay Sadıqzadənin əsərləri artıq çoxdan təkcə ölkəmizdə deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Rəssam 1951-ci ildə Bakıda görkəmli fırça ustaları Oqtay Sadıqzadə və Elmira Şaxtaxtinskayanın ailəsində dünyaya döz açıb. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Altay Sadıqzadə Bakıda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin dizayn müəllifidir. ötən ilin sonlarında Müasir İncəsənət Mərkəzində tanınmış rəssamın yeni sərgisi açılıb. “22 hx” adlı sərgi müəllifin orijinal ifadə tərzi ilə diqqəti cəlb edib. Müasir İncəsənət Muzeyinin 4 zalında təqdim olunan “22 hx” sərgisi öz orijinal adı və ifadə tərzi ilə diqqəti cəlb edib. Abstrakt fikirdən bəhrələnərək yaradılan sənət nümunələrinin cəm olunduğu sərgidə müəllifin yağlı boya ilə çəkilmiş əsərləri, rəngkarlıq və qrafika janrında, eləcə də bir heykəltəraş kimi yaratdığı əsərlər nümayiş olunub.
Rəssam 2011-ci ildə İtaliyada keçirilmiş ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində ölkəmizi təmsil edib.
Onun işləri Azərbaycan Rəssamlıq Akademiyasında, Mədəniyyət və Turizm Nazirliyində, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya İncəsənət Fondunda, respublikamızda və xarici ölkələrdə fərdi kolleksiyalarda saxlanılır. Rəssamın qrafikanın başqa formalarına, teatr dekorasiyasına, dizayna müraciət etməsinə baxmayaraq, o, əsasən rəsm əsəri yaradır.
Tanınmış rəssamın “Xəzri” heykəltəraşlıq nümunəsi də öz orijinallığı ilə diqqəti cəlb edir. “Xəzri”, səliqəsiz şəkildə cırılmış, sanki kağızı xatırladan, mücərrəd heykəltəraşlıq nümunəsidir. Elə təsəvvür yaranır ki, bu kütlə kiminsə əli və ya hər hansı digər əşya, mexanizm ilə deyil, izahı çətin olan vasitə ilə cırılmışdır. Doğurdan da biz bu əsərin adına müraciət etsək, öyrənərik ki, bu “Xəzri” - Abşeronda əsasən yayda əsən soyuq və tozlu şimal küləyinin deyil, həmin küləyin özünəməxsus rəmzi kimi görünür. Axı, bu əsərin dinamik, əsəbi sürətdə dağınıq forması bilavasitə külək təsirinin, hava burulğanının bu formaya toxunmasının nəticəsidir. Bu heykəlin formaları sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin konfiqurasiyasının dinamik və vizual əkslərinə çevrilir. Beləliklə, rəssam həddindən artıq çətin məsələni həll etməyi bacarıb. O, heykəltəraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etdirib. Bakının və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq - “Bakı” adının izahlarından biri “küləklər şəhəri”dir - bu əsər şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür.
Əsərin forması sanki hava axınlarının hərəkətini təsvir edir.
Tanınmış rəssam Altay Sadıqzadə sərginin açılış mərasimində jurnalistlərə deyib ki, Bakını onun küləklərindən ayrı təsəvvür etmək mümkün deyil. Bakının ən çox əsən küləkləri xəzri və gilavardır. İstəyirdim ki, bu əsərdə həm xəzri, həm də gilavar küləkləri öz əksini tapsın. Lakin vaxt məhdud olduğundan xəzri küləyinin abstrakt görünüşünü yarada bilmişəm.
“YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı”nı yüksək qiymətləndirən A.Sadıqzadə vurğulayıb ki, bu layihədə iştirak edən 21 rəssamın hər biri Bakı haqqında düşüncələrinin məhsulu olan rəsmlərini paytaxtımızın müxtəlif yerlərində nümayiş etdirəcək.
“YARAT müasir incəsənət məkanı” təşkilatının rəhbəri, rəssam Aida Mahmudova jurnalistlərə müsahibəsində deyib ki, “012 Bakı Public Art Festivalı”nda həm tanınıb, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdiriblər. Layihə bu gündən başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcək. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.
Aida Mahmudova demişdir ki, “012 Bakı Public Art Festivalı”na cari ilin sentyabrında yekun vurulacaq.
“Xəzri” heykəltəraşlıq nümunəsinin açılış mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, paytaxtımızın qonaqları və sənətsevərlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

