Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ səfirinin ilk “xeyir-duası”...

ABŞ səfirinin ilk “xeyir-duası”...

05.12.2023 [10:52]

“The Washington Post” tərəfindən verildi...

Qəzetin ənənəvi “böhtan kampaniyası”nın “hədəfi”...

ABŞ-ın xarici siyasət kursu çoxşaxəli və uzunmüddətli perspektivə söykənən siyasət kursu olduğu qədər, icrası yolları da fərqli, hətta bəzən ən çirkin vasitələrdən istifadə ilə həyata keçirilir. Dünyanın əksər regionlarına münasibətdə fərqli təsir və təzyiq mexanizmləri məyyənləşdirən Ağ ev açıq hərbi demarş, inqilab və ya çevriliş yolu kimi qlobal səs-küylü mexanizmlərlə yanaşı, siyasi ləkələmə, qarayaxma, hətta bəzi hallarda ağlasığmaz siyasi cılıqlara söykənən “arqumentləşdirmə cəhdləri” kimi ucuz “təsir mexanizmləri” də “ixrac edir”. Adi bir fakt - Cənubi Qafqazda sülhə mane olmaq istəyi, maraq “savaşı” Vaşinqtonu hansı yollara əl atmağa “məcbur etmədi” - maliyyələşdirdiyi agentura şəbəkəsi, maddi şirnikləndirmə ilə özündən asılı vəziyyətə saldığı “vətəndaş cəmiyyəti”, maraqlarının əsirinə çevirdiyi bəzi “KİV” orqanları, ermənilərlə “eyni zindana çəkic vurmağa” yönəlindirdiyi radikal müxalifət bunun ən real misallarıdır. Bütün cəhdləri boşa çıxan, əli havada qalan ABŞ isə yenə də təxribatlarından əl çəkmək niyyətində deyil...

Səfir gəlib çatmamış...

ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı məsələ öz həllini tapdı- Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri kimi ilk açıqlamasını da verdi. Azərbaycan dilində danışan səfirin gəlişi ilə bağlı səfirliyin yaydığı məlumatda isə bildirilirdi ki, “Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik”.

Nə sirrdirsə, səfirin Bakıya gəlişi ilə “The Washington Post” qəzetinin ölkəmiz haqqında yazdığı təxribatxarakterli, heç bir kriteriyaya sığmayan yalan və böhtanı əks etdirən məqaləsi “üst-üstə” düşdü. Hətta yeni səfirin ilk “xeyri-dua”sının “The Washington Post” tərəfindən verildiyini belə iddia etmək olardı. Təbii ki, bu qəzetin yazdıqlarının hansı marağa söykəndiyi hər kəsə bəllidir. Belə olmasaydı, “The Washington Post”un yalan xəbər tirajlaması faktı ABŞ prezidentinin şəxsən özü tərəfindən etiraf olunmazdı - 7 iyul 2018-ci ildə ABŞ prezidenti Donald Tramp Twitter sosial şəbəkəsində bildirmişdi ki, “The New York Times” və “The Washington Post” kimi qəzetlər saxta xəbərlər yaratmağa meylli olduqları üçün kütləvi informasiya vasitələri bazarını tərk etməyə məhkumdurlar. Trampın dəyərlənfdirməsi üzərinə artıq şərh verməyə ehtiyac qalmır...

“The Washington Post”un əsl siması - Yalan və böhtan ...

“The Washington Post” qəzetinin növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu  - guya Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığı iddialarının “yazıldığı” məqalə son dövrlərdə ABŞ-ın üstü açılan çirkin niyyətlərinin “malalanması” cəhdidir. ABŞ tarixən məhz “The Washington Post”un xidmətindən bu kimi çirkin əməllərinin ört-basdır edilməsində istifadə edib. Bakıda ifşa edilən şəbəkəsi ABŞ-ın Cənubi Qafqazdakı məğlubiyyətinin növbəti “arayışıdır”. Bunu həzm edə bilməyən Vaşinqton özünün patronajlığı altında olan mətbu ruporu işə salıb.

Qeyd edildiyi kimi, ABŞ hökuməti ilk dəfə deyil “The Washington Post”un xidmətindən “yararlanır”. Məsələn, özünü “azad KİV” elan etmiş bu qəzetin ABŞ-İraq müharibəsi dövründə tutduğu mövqe olduqca “maraqlıdır” - bu qəzetin səhifələrində Corc Buşun İraqda müharibəyə başlamaq niyyətini dəstəkləyən 27 redaksiya məqaləsi var idi. Halbuki, Amerikan Vətəndaş Məsuliyyəti Mərkəzi Müstəqil Jurnalistlər Fondu ilə birgə tədqiqat apararaq, 2001-ci ilin sentyabr ayından 2003-cü ilin sentyabr ayınadək ABŞ hökumətinin İraqla bağlı 935 yalan məlumat verdiyini hesablamışdılar - 260 yalan bəyanat verməklə prezident Corc Buş bu siyahıya başçılıq edib. Bir sözlə, “The Washington Post”un ucuz “mətbu dəyənək” roluna şəkk-şübhə qalmır...

“Demokrat dəyənəyi”...

Qəzet Demokratlar Partiyasının “nəzarətindədir”. 1877-ci ildə yaranan qəzetin XX əsrin 60-cı illərində “populyarlıq” qazanması sirri də məhz ABŞ-ın ənənəvi “demokrat - respublikaçı” mübarizəsinin fonunda idi. 1965-ci ildə qəzetə rəhbərlik edən Bencamin Bredli Demokratlar Partiyasından prezident seçilmiş Con Kennedi ilə yaxın dost olmuşdu və bu dövrdən yüksəlişə qədəm qoymuşdu. Bundan başqa, qəzetin 2 əməkdaşı 1974-cü ildə respublikaçı prezident Riçard Niksonun istefası ilə nəticələnən araşdırmanın da əsas icraçısı olub.

“Votergeyt” qəhrəmanı...

Bununla bağlı olduqca maraqlı məqamlar mövcuddur. 1933-cü il iyunun 1-də qəzet xüsusi hərracda Kaliforniyalı maliyyəçi Eugene Meyerə satılır və o, qəzetin reputasiyasını bərpa etmək üçün hərəkətə keçir. Zaman keçdikcə qəzet digər nəşrləri də “özünə birləşdirir” - “Newsweek” jurnalı, “WTOP” radiosu, Floridada bir televiziya kanalı və qəzetin Vaşinqtondakı yeganə rəqibi olan “Washington Times-Herald” çökdürülür və əldə edilir. Eugene Meyerin “media imperiyası” belə yaranır. 1946-cı ildə ABŞ prezidenti Harri Truman Meyeri Dünya Bankının ilk prezidenti “edir”.

1947-ci ildə Meyerin qızı Ketrin Grahamın əri Filip Grahamın prezidenti olduğu “Washington Post” şirkəti qurulur. 1963-cü ildən “qəzetin sahibi” olan Ketrin Grahamın prezidentliyi dövründə “Washington Post” ədalətli olmayan bir mühitdə rəqiblərini sıradan çıxarmaqda davam edir - şirkət Mayamidəki ABC televiziya kanalının, eləcə də Konnektikutdakı WFSB-TV-nin səhmlərini alır.

Gələk qəzetin “ən mühüm missiyasına” - 17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Votergeyt” otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. Maraqlıdır ki, hələ məsələdən heç kim xəbər tutmamış “Washington Post” ertəsi günü bununla bağlı “məqalə” dərc etdi. Məsələni ictimailəşdirməyən MKİ qəzetin bu məlumatı necə əldə etməsi ilə maraqlanmışdı. Sonradan Respublikaçıların siyasi arenadan geri çəkilməsi məsələ ilə bağlı araşdırmanın da kölgədə qalmasına imkan yaratdı. Bununla belə siyasi kluarlarda bu cihazların yerləşdirilməsində qəzet rəhbərliyinin əlinin olması ilə bağlı fikirlər səslənməyə başlamışdı. Çünki “Votergeyt” “Washington Post”un öz imkanlarını daha da artırması üçün “stimula” çevrildi... 

Həqiqət və ədalət...

Qəzet bu gün də rupor kimi siyasi məsələlərdə “istifadə edilir” - zaman-zaman bu qəzetin səhifələrində Azərbaycanın əleyhinə məqalələr dərc olunur ki, bunun da erməni lobbisinin əli ilə həyata keçirildiyinə şübhə yoxdur. “The Washington Post” “sponsorlarının” tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə almağa, ölkəmiz haqda mənfi imic formalaşdırmağa, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim etməyə çalışır. Azərbaycanın apardığı milli maraqlara söykənən müstəqil xarici siyasət kursu ABŞ rəhbərliyi qədər “The Washington Post”un maliyyə şeflərinin də xoşuna gəlmir - amma bütün bunların Azərbaycan üçün heç bir önəmi yoxdur. Bizim üçün əsas olan həqiqət və ədalətdir və k, biz hər zaman bu kimi bəşəri dəyərlərin təcəssüm tapmasına çalışırıq. Və buna da nail oluruq...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31