Metsolanın “sanksiya arzusu” və Borrelin “yuxusu”...
08.12.2023 [10:50]
Onların istəkləri əsas deyil
Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqlar bir sıra dairələr və ya şəxslərin, xüsusilə erməni lobbisi ilə bu və ya digər şəkildə əlaqəsi olan qüvvələr tərəfindən həzm edilmir. Halbuki, beynəlxalq status daşıyan bu təşkilatların təmsilçiləri ölkəmizin bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təminatı, davamlı sülhün yaradılması istiqamətində atdığı addımları daha çox dəyərləndirməlidirlər. Bunun qarşılığında isə bəzi təşkilatların nümayəndələrinin “hədələyici” və ya reallıqdan kənar fikirlərinə “tuş gəlirik”.
Maraqlıdır ki, bu təşkilatların sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə vasitəçilik edən Aİ-nin bəzi strukturları da yer alır. Cəmisi aylar öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsi yaddaşlardan silinməyib. Onsuz da irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin rəsmisinin adının belə çirkin korrupsiya faktlarında hallanması maraqlı nüansları ortaya çıxarır.
İndiki halda isə, bunun davamını Aİ rəsmisi Cozef Borellin, Avropa Parlamanetnin sədri Roberta Metsolanın timsalında müşahidə edirik. Məsələn, Borrell Qarabağdan Ermənistana könüllü şəkildə köçən ermənilər üzərindən manipulyasiya həyata keçirməyə çalışırsa, Metsola bir neçə ay əvvəl ölkəmizə qarşı sanksiyaların tətbiqini tələb edirdi. Amma nəticə onu göstərir ki, bu kimi şəxslərin nə istədiyi əsas deyil - əsas olan Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq apardığı milli maraqlara söykənən siyasət kursudur.
Roberta Metsolanın yersiz “təklifi”...
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bildirib ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir: “Mən cənab Şarl Mişelə dedim ki, yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var”.
Xatırladaq ki, 2022-ci il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz “qoca qitə”yə 8 milyard kubmetr qazı çatdırdı. 2023-cü il üçün isə hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etmək idi. Həmin həcm artıq sona yetən il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edir. Belə olan halda, xanım Metsolanın bu kimi populist çıxış əsasında nəyə nail olmaq istəməsi sual doğurur - axı Azərbaycan hazırda Avropanın enerji təminatının ən fəal iştirakçılarından biridir və ölkəmizə qarşı hər hansı bir “sanksiya” tələbi ilə çıxış edilməsi yersiz və beynəlxalq hüquqa ziddir.
Borrelin 150 minlik yalanı...
Prezident İlham Əliyev adıçəkilən tədbirdə vurğulayıb ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır: “Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər?”.
Xatırladaq ki, Borrel 25-ci Aİ-QHT-lərin İnsan Hüquqları Forumunda çıxış edərək, Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilərlə bağlı qeyri-obyektiv mövqe sərgiləyib. Dünyadakı münaqişələrdən danışan Aİ-nin ali nümayəndəsi nə qədər gülünc olsa da iddia edib ki, guya Qarabağdan 150 min erməni köçüb. Hətta Ermənistan hakimiyyətinin belə dəfələrlə şişirtməsinə baxmayaraq bu rəqəmi “100 min kimi” ifadə etməsinin ardından Borrelin 150 min rəqəmini haradan əldə etməsi maraq doğurur. Borelin öz “fikrini” bu kimi yalan rəqəmlərlə “bəzəməyə çalışması” onun anti-Azərbaycan mövqeyindən xəbər verir.
Bütövlükdə isə, belə yalanların və ya reallığı əks etdirməyən fikirlərin, “təkliflərin” Avropanın özünü “demokratik təsisat” adlandıran təşkilatların rəhbər şəxsləri tərəfindən səsləndirilməsi təəssüf doğurur. Bu bir daha onu göstərir ki, həmin təşkilatların hər hansı hadisə və ya baş verənlərə münasibəti heç də demokratik və ya hüquqi müstəvidə deyil - tam əksinə, həmin şəxslər münasibət bildirərkən şəxsi korporativ maraqlarına və şəxsi mənafelərinə istinad edirlər. Bu isə təbii olaraq onların bütövlükdə fəaliyyətlərinin şübhə altına alınması üçün haqlı səbəblər yaradır...
P.İSMAYLOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

