138 idi, 209 oldu...
13.12.2023 [10:15]
Aİ “missiyası”nın genişlənmə “hədəfi”...
Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni situasiyanın formalaşması sirr deyil. Ermənistan ilə Azərbaycan arasında son günlər müşahidə olunan bəzi proseslər iki dövlətin vasitəçisiz təmaslar qurma imkanlarını nümayiş etdirdi. Ölkələrin delimitasiya üzrə müvafiq komissiyalarının sərhəddə görüşməsi, ardından isə iki dövlətin rəsmi strukturlarının birgə açıqlaması, qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi istiqmətində addımlar və nəhayət, Ermənistan tərəfinin sülhlə bağlı bəzi fikirlər səsləndirməsi prosesin uğurlu nəticəyə tərəf yol aldığını təsdiqləyən faktorlardandır.
Amma deyəsən, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr “anti - sülh” mahiyyətli addımlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə, olaraq, regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Bu missiyanın “əsl siması” isə artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. Bu səbəbdən də missiyanın” üzvlərinin sayının artırılması ilə bağlı “qərar” birmənalı qarşılana bilməz.
Belə ki, Avropa İttifaqı Ermənistandakı müşahidəçilərinin sayını 138-dən 209-a çatdıracaq. KİV-də yayılan məlumatda bildirilir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Bor?el deyib. Avropa diplomatiyasının rəhbəri Brüsseldə mətbuat konfransı zamanı bildirib ki, bu barədə qərar Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən qəbul edilib. Bor?el bu addımı “Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması yolu” adlandırıb.
2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya”nın üzvlərinin sayı 40 nəfər, xidmət müddəti iki ay müəyyən edilsə də, sonradan həm şəxsi heyətin sayı, həm də müddət artırıldı. Ötən dövrdə bu say 139 nəfərə çatdırılmışdı. Qeyd edək ki, bu müddətdə “missiyanın genişləndirilməsi” planı bütün istiqamətlər üzrə inkişaf etdirilir. Başqa sözlə, missiyanın tərkibi ilə yanaşı ofislərinin də sayı artırılır. Məsələn, ötən ay Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasiminin keçirilməsi də təsadüfi deyil - açılış mərasimindəki çıxışında Markus Ritter bildirmişdi ki, Aİ-nin Ermənistandakı missiyası fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Kafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulamışdı.
Bəli, artıq şərhə ehtiyac qalmır. Ötən 8 ay ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Aİ-nin məqsədi ortadadır. Fransa və digər “güclər” Azərbaycanın regionda oynadığı və mütləq regional inktişafı hədəfləyən rolunu görür. Onlar ötən dövrdə hər hansı bir təzyiq vasitəsilə Azərbaycanın qərarlarına təsir göstrməyin mümkünsüzlüyünü də dəqiqləşdirib. Bu mənada, regionda distabilliyinin aradan qalxmaması, gərginliyin davam etməsi, sülhün əldə olunmaması üçün bütün gücünü səfərbər edir. Aİ bu kimi hərbiləşdirilmiş “mülki missiya” oyunları ilə daha uzun müddətə regionda qalmağı planlaşdırdığını “bəyan edir”.
Sayın 209-a çatrıdırılması məqsədi də ortadadır. Belə ki, Avropa İttifaqının bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərməklə bağlı qərarı öncədən bəlli idi - bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos demişdi və bildirmişdi ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”. Bu gedişin alt məqsədi isə Cənubi Qafqaz planına “bütün dövlətləri daxil etmək niyyəti”ə söykənir. Belə ki, Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğu Monitorinq Missiyasının tərkibini genişləndirməklə təşkilat ətrafındakı 27 ölkənin hər birini burada iştirakçı etmək istəyini gizlətmir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10

