Türkiyənin yanındayıq!
26.12.2023 [10:35]
Nardar BAYRAMLI
Türkiyə Cümhuriyyəti uzun illərdir ki, terrorla mübarizə aparır. Bu mübarizədə uğurlu nəticələr əldə edən qardaş ölkə terrorun kökünü kəsməkdə qərarlıdır. Aparılan mübarizədə Türkiyə Silahlı Qüvvələri öz ərazisi ilə yanaşı, İraq və Suriya ərazisində məskunlaşmış terrorçulara qarşı davamlı olaraq əməliyyatlar keçirir. Bu yolda türk ordusu da şəhidlər verir.
Dekabrın 23-də yayılan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyənin baza ərazilərinə sızmağa çalışan terrorçularla atışmada altı türk əsgəri şəhid olub, bir əsgər yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, atışma zamanı ilkin məlumata əsasən 13 terrorçu məhv edilib. Bölgədə terrorçulara məxsus hədəflərə qarşı hava hərəkatları da icra olunur.
Azərbaycan dost və qardaş ölkənin terrorla mübarizəsini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bununla bağlı vurğulanıb: “Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq”.
Yeri gəlmişkən, dekabrın 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Z.Həsənov dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini ifadə edib. Z.Həsənov bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb. Müdafiə naziri həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər qarışa bilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.
Bu il sentyabr ayında ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Regionda birgə addımlar atılır. Beləliklə, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı müdafiə edir.
Eyni zamanda, Azərbaycan da bütün məsələlərdə Türkiyənin haqlı mövqeyini dəstəkləyir. Ölkəmizin terrorla mübarizədə Türkiyənin yanında olduğunu bəyan etməsi də bunu təsdiqləyir. Bütövlükdə, iki qardaş ölkə arasında strateji müttəfiqliyə dair imzalanmış Şuşa Bəyannaməsi bütün sahələr üzrə münasibətləri daha da gücləndirir. Bu baxımdan, son illər qarşılıqlı əlaqələrin daha da inkişafı hər iki tərəfin maraqlarına tam uyğundur.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

