/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" diplomu təqdim edilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" diplomu təqdim edilib
14.04.2012 [02:02]
Təntənəli təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu olduğu MDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında keçirilib. Əvvəlcə o, Tibb Tarixi Muzeyi ilə, buradakı eksponatlarla, o cümlədən səhiyyənin taixi ilə bağlı qədim əşyalarla tanış olub.
MDTU-nun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko ali məktəbin kollektivi adından ali qonağı salamlayaraq qeyd edib ki, öz çoxsahəli fəaliyyətində Heydər Əliyev Fondu səhiyyə sahəsinə çox böyük diqqət yetirir. Universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban xanım Əliyeva ali məktəbin fəxridir və çox sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə böyük diqqətlə yanaşır. P.Qlıboçko xüsusilə vurğulayıb ki, Elmi Şuranın yekdil qərarı ilə Mehriban xanım Əliyevaya Fəxri professor adı verilib.
Sonra MDTU-nun prorektoru Pyotr Litvitski elmi adın verilməsi haqqında rəsmi sənədi oxumuş və Mehriban xanım Əliyevanın müxtəlif beynəlxalq ictimai təşkilatlar tərəfindən layiqincə qiymətləndirilən çoxtərəfli fəaliyyətindən danışıb.
MDTU-nun rektoru Pyotr Qlıboçko Azərbaycanın birinci xanımına “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomunu, Xatirə nişanını və professor mantiyasını təqdim edib.
Mehriban xanım Əliyeva ona yüksək Fəxri professor adının verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun bütün professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirib. O deyib: “Bu gün mən çox şadam ki, təkcə gənclik və tələbəlik illəri ilə deyil, həm də yeni dünyanın, yeni bilik aləminin açılması ilə, intellektual potensialın toplanması ilə yadda qalan öz ali məktəbimizdəyəm. Bu gün çox şey dəyişmişdir, dəyişməz qalan təkcə bir şeydir: bu ali məktəbin yüksək maarifçilik ruhu”.
Mehriban xanım Əliyeva çıxışında Heydər Əliyev Fondunun sosial və humanitar sahələri, təhsil və səhiyyə sahələrini əhatə edən fəaliyyətindən və onun əhəmiyyətindən ətraflı danışıb. Fond mövcud olduğu illər ərzində səhiyyə sahəsində çox böyük iş görüb, talassemiyaya, diabetə və digər uşaq xəstəliklərinə qarşı mübaizəyə, uşaqlar arasında ölüm hallarının sayının azaldılmasına və bütövlükdə Azərbaycanda səhiyyə sisteminin inkişafına yönəldilmiş bir sıra iri layihələr həyata keçirib. Mehriban xanım Əliyeva, həmçinin, tədbirin iştirakçılarına uşaq tərbiyə müəssisələrinin, məktəblərin tikintisinə, ümumən təhsil layihələrinə Fondun töhfəsi barədə məlumat verib. O xüsusi qeyd edib ki, son illər Azərbaycanda və onun bölgələrində minlərlə məktəb, habelə tibb müəssisələri və digər sosial obyektlər tikilib istifadəyə verilib.
Mehriban xanım Əliyeva keçən il dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş müasir Azərbaycanın müvəffəqiyyətlərindən, bütün sahələrdə ölkənin sürətli inkişafından ətraflı söhbət açıb.
Mehriban xanım Əliyeva bildirib ki, bu gün ona “Birliyin ulduzları” dövlətlərarası mükafatı təqdim edilib və o, bu mükafatın pul hissəsini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə köçürməyi qərara alıb.
Sonda Mehriban xanım Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə bir daha minnətdarlığını bildirib və görüşün bütün iştirakçılarını Azərbaycana dəvət edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

