Uzaq şərqdə vəziyyət yenidən gərginləşib...
08.01.2024 [11:21]
Şimali Koreya rəqiblərinə meydan oxuyur
Şimali və Cənubi Koreya arasında vəziyyət yenidən gərginləşib. Buna səbəb yanvarın 5-də Şimali Koreyanın sahil artilleriyasının Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atmasıdır. Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Bildirilib ki, cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.
Cənubi Koreyanın nəzarətində olan Yeonpyonqdo adasının hakimiyyət orqanları “Şimali Koreyanın hərbi təxribatının aşkar əlamətləri fonunda” sakinlərin təxliyə edildiyini açıqlayıb.
Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi təxribatı ehtimalı ilə əlaqədar sərhəd zonada yerləşən Yonpyonq adasının sakinlərinın dərhal sığınacaqlara təxliyə edilməsinə qərar verib. Təcili təxliyəyə Müdafiə Nazirliyinin istəyi ilə həmin gün yerli vaxtla günorta 12:02-də qərar verilib. “Biz təxliyə barədə qərarı hərbi hissədən Şimali Koreyanın təxribatı ilə əlaqədar Yonpyonq adasına dənizdən zərbələr endiriləcəyi barədə məlumat aldıqdan sonra verdik”- deyən səlahiyyətli şəxs “Yonhap” agentliyinə bildirib. Ümumilikdə, yerli sakinlər sığınacaqlarda 3,5 saat vaxt keçiriblər. Onlar adadakı 8 sığınacağa yerləşdirilib, burada 508 yerli sakin (ada əhalisinin 24,3 faizi) olub. Təxliyyə ilə yanaşı, adalarla dəniz və hava əlaqəsi də məhdudlaşdırılıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR hərbçilərinin yanvarın 5-də səhər saat 9:00-dan 11:00-dək özünün qərb sahilindəki Canqsan və Deunqsan burnundan 200-dək artilleriya atəşi açması barədə məlumatı təsdiqləyib. Həmin ərazi Cənubi Koreyanın Benyon və Yonpyonq adaları ilə üzbəüz yerləşir. Mərmilər iki ölkə arasında faktiki dəniz sərhədi olan şimal sərhəd xəttinin şimalındakı bufer zonada düşüb. Bufer zona sərhəddəki gərginliyi azaltmaq üçün 2018-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən yaradılıb.
Şimali Koreyanın atəş açmasının ölkələr arasında hərbi razılaşmaya zidd olduğu bildirilib. Seul bəyan edib ki, hakimiyyət hadisələri diqqətlə izləyəcək və mümkün təxribatlara operativ reaksiya verəcək. Şimali Koreyanın hərəkətlərinə cavab olaraq Cənubi Koreya hərbçiləri Sarı dənizdə təlimlər keçirib.
Bu hadisədən bir gün sonra Pxenyan yenidən qərb sahilindən Sarı dənizə doğru təxminən 60 mərmi atıb. Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Məlumata görə, söhbət sahil artilleriyasından gedir. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi bufer zonaya düşüb. Xatırladaq ki, 2018-ci il sentyabrın 19-da ölkələr arasında hərbi saziş bağlanıb, sazişə əsasən dəniz bufer zonasında təlimlər qadağan edilib. Lakin Pxenyan bu razılaşmanı pozur.
Xatırladaq ki, ötən ilin noyabrında Şimali Koreyanın raket sınaqları keçirməsi tərəflər arasında vəziyyəti gərginləşdirmişdi. KXDR bölünmüş yarımadanın tarixində ilk dəfə olaraq Cənubi Koreya ilə dəniz sərhədindən raket atmışdı. KXDR noyabrın 3-də Yapon dənizi istiqamətində bir qitələrarası, 2 qısamənzilli ballistik raket buraxıb. Buraxılan qitələrarası ballistik raketin maksimum 760 kilometr hündürlükdə 1920 kilometr məsafə qət etdiyi, qısamənzilli raketlərin isə 70 kilometr hündürlükdə 330 kilometr uçaraq dənizə düşdüyü bildirilirdi. Ötən ilin may ayından bəri Şimali Koreya ilk dəfə qitələrarası ballistik raket buraxıb.
İki Koreya arasında bu kimi hallar mütəmadi baş versə də, bu dəfəki vəziyyət fərqlidir. Qısamənzilli raketlərdən biri Yapon dənizində Cənubi Koreyanın de-fakto sərhəd xəttinin 26 kilometr cənub hissəsinə düşüb. Bu, Şimali Koreyanın 1950-1953-cü illər Koreya müharibəsindən sonra de-fakto sərhəd xəttinin cənubuna atdığı ilk raket idi. Təbii ki, KXDR-in bu addımları yalnız cənub qonşusuna qarşı yönəlməyib. Bu “etiraz” ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin ötən il oktyabrın 31-də başlayan və beş ildən sonra ilk böyük birgə təliminə istiqamətlənib ki, burada da müəyyən sualdoğurucu məqamlar mövcuddur. Nəzərə alsaq ki, prezident Trampın dövründə ABŞ KXDR ilə əlaqələri nisbətən yumşaltsa da, sonradan münasibətlər yenidən kəskinləşdi. Xüsusilə, prezident Baydenin 2022-ci ilin sonunda dünyaya yeni siyasi nizam vəd edən “Demokratiya sammiti” təşəbbüsü KXDR-ın da potensial “düşmən” elan olunmasına yol açıb. ABŞ-ın özü üçün müəyyənləşdirdiyi “yeni nizam coğrafiyası” siyahısında ən başda qeyd edilən ölkələrdən biri KXDR-dir. Rəsmi Pxenyan isə bunu bildiyi üçün belə sərt reaksiyalar göstərir. Ən əsası isə Sakit və Atlantik okean sularında hərbi nəzarəti əldən verməmək istiqamətində atılan addımlar, AUKUS hərbi birliyinin formalaşdırılması, üstəlik, Yaponiyanın da bu formata qoşulması KXDR-ı hərəkətə gətirib. Amma rəsmi Pxenyanın ABŞ-a və onun müttəfiqlərinə təkbaşına müqavimət göstərə bilməsi inandırıcı sayılmaz. Təbii ki, KXDR-in də bu işdə “güvəndiyi” müttəfiqləri mövcuddur.
Bütün bunların fonunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, ABŞ Rusiya Federasiyasının KXDR və İranla hərbi-texniki əməkdaşlığına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, Rusiya Federasiyasına KXDR silahlarının tədarükü “BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin birbaşa pozulmasıdır” və ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldıracaq: “Biz Rusiya ilə KXDR, eləcə də Rusiya və İran arasında silah ötürülməsini asanlaşdırmağa çalışanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.
2023-cü ilin dekabrında ABŞ administrasiyası Rusiya ilə KXDR arasında hərbi-texniki sahədə iddia edilən əməkdaşlığın qarşısını almaq üçün bir sıra şirkətləri və quru yük gəmilərini Rusiyanın sanksiyalar siyahısına əlavə edib. Sanksiyalar Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını, Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

