Yeni “bəhanə” axtarışında...
13.01.2024 [10:00]
Ermənistan sülh prosesini uzatmaq üçün yeni varianta əl atıb
Nardar BAYRAMLI
Azərbaycan dövləti tezliklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bu istiqamətdə dövlətimiz prinsipial mövqeyini daim nümayiş etdirir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan, ərazilərimiz azad edildikdən sonra sülhün bərqərar edilməsi zərurətə çevrilib. İki ölkə arasında sülh sazişinin imzalanması təklifini də ilk olaraq Azərbaycan irəli sürüb.
Lakin Ermənistan indiyədək müxtəlif bəhanələrlə sülh prosesini uzadıb. Bugünlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında da sülh prosesilə bağlı ziddiyyətli açıqlamalar verib. O deyib ki, sülh müqaviləsi ilə bağlı təkliflərdə müəyyən “geriləmə və irəliləyişlər” var: “Bu, məzmun baxımından müəyyən məqamlar üzrə müşahidə olunur və bir sıra digər sahələrdə də irəliləyiş nəzərə çarpır”.
Məlumdur ki, Azərbaycan sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini dekabrın sonlarında İrəvana göndərmişdi. Qarşı tərəf isə yanvarın 4-də öz təkliflərini Bakıya göndərib. Mirzoyan deyib ki, sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir: “Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığın lazım olduğu bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişi heç olmasa gələcəkdə demarkasiya prosesinin davam edəcəyi aydın əsaslara malik olmalıdır. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”.
Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandaryan da sülh sazişinin imzalanması şərtlərindən danışarkən iddia edib ki, erməni tərəfinin təklifləri Azərbaycan tərəfindən qəbul edilməlidir: “Ermənistan prinsipləri iddia etməyə davam edəcək və güman edirəm ki, Bakıya göndərilən layihənin son versiyasını, bizim üçün çox prinsipial olan müddəalardır. Sülh müqaviləsinin versiyamızda ifadə olunan prinsipləri Azərbaycan tərəfindən qəbul edildikdə, razılaşma imzalanacaq. Ancaq bu prosesin prinsipləri var. Bunlar yurisdiksiya, qanunvericilik, qarşılıqlılıq və bərabərlikdir”.
Erməni tərəfinin açıqlamalarında prosesin dinamik davam etməsinə işartılar nəzərə çarpır. Hətta bu yaxınlarda tərəflər sülh sazişinin imzalanması üçün münbit şəraitin mövcud olmasını da bəyan ediblər. Məsələn, ötən ay Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə məlumat açıqlaması da sülhə doğru ciddi addım kimi qiymətləndirilə bilər. Bu hadisələrin özəlliyi ondan ibarətdir ki, tərəflər heç bir vasitəçi olmadan, birbaşa təmaslar nəticəsində bu razılaşmaya nail olublar. 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab edilə bilər: “Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Razılaşmalar birbaşa təmas nəticəsində əldə edilib. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”.
Nəzərə alaq ki, bu ayın sonlarında Azərbaycan və Ermənistan delimitasiya komissiyasının iclasını keçirməyə hazırlaşır. Hansı ki, bu, ölkəmizdə prezident seçkilərinin ən aktiv dövrünə - təbliğat-təşviqat mərhələsinə təsadüf edir. Amma buna baxmayaraq, dövlətimiz Ermənistanla münasibətlərin normallaşdırılması prosesində hər hansı təxirəsalmalara yol vermir. Bütün bunlar, erməni cəmiyyətində ortaya atılmış iddiaların əsassız olduğunu bir daha təsdiqləyir. Ayrı məsələdir ki, hər zaman razılaşmalardan boyun qaçıran Ermənistan yeni bəhanələr axtarışındadır. Ölkəmizdə prezident seçkilərinin keçirilməsindən qarşı tərəf yeni bəhanə kimi istifadə etmək istəyir. Lakin bir atalar məsəlində deyildiyi kimi, “yalan ayaq tutar, amma yeriməz”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39

