/ / Əli Əhmədov: Almaniyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı kampaniyanın heç bir əsası yoxdur
Əli Əhmədov: Almaniyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı kampaniyanın heç bir əsası yoxdur
02.05.2012 [00:13]
Əli Əhmədov bildirib ki, həmin dairələrin taktikası Azərbaycana qarşı kampaniya aparmaqdan ibarətdir. “Düşünürdüm ki, Almaniyanın ölkəmizdəki səfiri bu hadisənin fövqündə dayanan taktika seçəcək. Təəssüf ki, o da yuxarıda dediyim taktikanın iştirakçılarından biri kimi özünü dərk edir və belə hərəkətlərə yol verir” - deyə, o qeyd edib. YAP Sədrinin müavini Almaniyanın bəzi siyasətçilərinin və KİV-lərinin ölkəmizə qarşı qəribə üsullardan istifadə etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu ölkənin bir sıra KİV-lərində Azərbaycanın Avropanın nüfuzlu mahnı müsabiqəsindən vasitə kimi istifadə edərək öz imicini yaxşılaşdırmağa çalışdığı iddia olunur: “Burada qəbahət nədən ibarətdir? Niyə bəzi dairələr bu tədbirdən istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya apararaq ölkəmizin imicinə kölgə salmağa çalışırlar?”.
YAP Sədrinin müavini Bakıda abadlıq-quruculuq işləri ilə əlaqədar bəzi vətəndaşların evlərinin sökülüb, başqa evlərlə təmin olunması ilə bağlı Almaniyanın bir sıra dairələrinin mövqeyinə də münasibət bildirib. Onun fikrincə, bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinin tənqid olunmasının heç bir əsası yoxdur.
“Almaniyanın səfiri, eləcə də, başqaları çox gözəl bilir ki, Azərbaycan hökuməti Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş yüz minlərlə məcburi köçkünə müasir tələblərə uyğun evlər tikir. Bakı şəhərinin rekonstruksiyası ilə əlaqədar yararsız vəziyyətə düşmüş evlərdə yaşayan insanların yeni, layiqli mənzillərlə təmin olunmasına nə üçün tənqidi yanaşırlar? Bu tənqidlərin heç bir əsası yoxdur. Yaxşı olardı ki, Bakı şəhər İcra Hakimiyyəti həm yaşamaq üçün yararsız evlərin, həm də insanların o evlərdən köçürülərək təmin olunduqları yeni mənzillərin şəklini çəkib səfirə göndərsinlər. Onda əsl həqiqətin nədən ibarət olduğunu bilərlər” - deyə, Əli Əhmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

