Xəzər rayonunun Buzovna qəsəbəsində uşaqlar üçün yay istirahət düşərgəsi açılıb
11.05.2012 [00:53]
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsib və istirahət düşərgəsində yaradılmış şəraitlə yaxından tanış olub.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər var.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yay istirahət düşərgəsində yenidənqurma işləri 2010-cu ilin fevralında başlanıb.
Bildirilib ki, 120 yerlik dördmərtəbəli düşərgədə uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait yaradılıb.
Burada uşaqlar kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Balacalar buradakı geniş yeməkxananın xidmətindən istifadə edəcəklər. Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcək. Binanın dördüncü mərtəbəsində məhz bunun üçün əlverişli şərait yaradılıb.
Mehriban xanım Əliyeva burada 3 nömrəli uşaq evinin əməkdaşları və uşaqlarla görüşüb, yay istirahət düşərgəsinin hazır olması münasibətilə onları təbrik edib.
Azərbaycanın birinci xanımı binanın eyvanından açılan gözəl mənzərəni seyr edib.
Qeyd edilib ki, düşərgədə uşaqların idmanla məşğul olmaları üçün də hər cür şərait var. Burada futbol meydançası yaradılıb, hovuz tikilib. Düşərgənin müxtəlif ağacların və dekorativ kolların əkildiyi həyətində müasir işıqlandırma sistemi qurulub, əyləncə guşələri yaradılıb. Yay istirahət düşərgəsinin binasında təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılıb. Bildirilib ki, binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı var. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılıb. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub.
Məlumat verilib ki, Xətai rayonundakı 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq yaşayır və tərbiyə olunur. 1989-cu ildən 1990-cı ilə qədər kimsəsiz uşaqlar yay fəslində uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən sağlamlıq zonasında dincəlirdilər. 1991-ci ildən sağlamlıq zonası yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini dayandırıb. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra qapılarını yenidən uşaqların üzünə açıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

