/ / Astarada Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Astarada Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib
12.05.2012 [09:22]
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar da daim hörmət və ehtiram bəsləyirlər. Ulu öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parka minlərlə astaralı toplaşıb.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olublar, Ulu öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxıblar.
Keçirilən ümumrayon kitab bayramında rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri iştirak edərək, ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olublar. İcra Hakimiyyətinin başçısı və ictimaiyyətin nümayəndələri kitab sərgisinə, həmçinin, II respublika dekorativ sənət müsabiqəsinin qaliblərindən biri olan Şahxanım Zülfüqarovanın əl işlərinə maraqla baxıblar.
Sonra YAP Astara rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş toplantı keçirilib.
Toplantını giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd edib ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir: “Keçirilən bütün tədbirlərdə Ulu öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi əziz tutulur”.
YAP Astara rayon təşkilatının sədri Natiq İbadov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə edib.
Toplantıda rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, YAP rayon təşkilatı gənclər birliyinin sədri Rəsul Nəsirov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev, müharibə veteranı Məmmədşah Məcidov, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar keçirilən respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadə çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləyiblər.
Astara rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadəyə və rəsm müsabiqəsinin qalibi Dəniz Baxşızadəyə fəxri fərman və hədiyyələr verib.
Sonda YAP sıralarına yeni qəbul olunanlara partiya üzvlük vəsiqələri təqdim olunub.
Bayram tədbiri mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı və atəşfəşanlıqla davam etdirilib.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

