"Öz məşəlini alovlandır!"
12.05.2012 [09:47]
Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci-vitse prezidenti Leyla Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olublar.
AzərTAc xəbər verir ki, burada Mehriban xanım Əliyevaya “EuroClub”da görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. “EuroClub”un məqsədi bütün “Eurovision-2012” yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçiləri “EuroClub”dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər. Başqa sözlə, iştirakçılar onların ixtiyarına veriləcək bu möhtəşəm səhnədə mahnılarını ifa edib fanatları və nümayəndə heyətlərinin üzvləri ilə əlavə təmasda olacaqlar. Burada, həmçinin hər bir nümayəndə heyəti öz gecələrini keçirəcəklər. İştirakçılar böyük səhnəsi olan “EuroClub”da disko-zalın, barın və restoranın xidmətindən yararlana biləcəklər.
Məlumat verilib ki, hər gün “EuroClub”da musiqiçilərin ifasında canlı və dicelərin (dj) ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou proqramlar təqdim ediləcək. Bu da Bakı “EuroClub”unun özəlliklərindən biridir. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı “EuroClub”u uzun müddət “Eurovision” fanatlarının və iştirakçılarının yadında qalacaq.
Bildirilib ki, eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da bir neçə rəsmi ziyafətin - “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulub.
“EuroClub”da görülmüş işlərlə yaxından tanış olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

