/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunmuş "Beyin" əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunmuş "Beyin" əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir
12.05.2012 [09:48]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsəri haqqında məlumat verib. Bildirib ki, “Beyin” memarlıq obyekti formal baxımdan qeyri-adi dərəcədə paradoksaldır və bu səbəbdən də hiper-simvolikdir. Müəllif tərəfindən yaradılmış bu qeyri-ənənəvi memarlıq nümunəsi beynin yox, ürəyin üçölçülü plastik “təsvirini” əks etdirir...
Yəni müəllif fiziki ürəyi beyin adlandırır və bununla da hər dəfə təzadlarla və yaxud paradoksla üzləşən zaman bizim qavramamızı itiləşdirir. Axı, məhz bu, şüurlu olaraq şeyləri öz adı ilə çağırmamaq əməliyyatı və beləliklə də məna və məntiqi təzadın yaranması bütün işin məğzini təşkil edir. Bu situasiyada həmin fikir öz mənbəyini qədim dini nəzəriyyələrdən alır ki, burada da çox zaman ürək məkandan xaric Müdrikliyi özündə var edən sırf düşünmə orqanı kimi, gerçəkliyi ayıran, deməli, qeyri-həyati olan Beyinə əks kimi göstərilir... Bu nəzəriyyələrə əsasən, Beyin təhlil edir, ayırır, bütövü bölür və detalları araşdırır; ürək isə intuitiv olaraq məğzin özünə nüfuz edir, bütövün hissələrini özündə birləşdirir və bütün təzadları dəf edir. Lakin bu nəzəriyyələrdə, ŞüUR adlı belə bir bütöv anlayış da mövcuddur ki, bu da ürəyin qaynar müdrikliyini və Beynin soyuq səmərəliliyini birləşdirən güclü mental sahəni özündə əks etdirir. Hətta “ağılın ürəyə enməsi” kimi belə bir ifadə vardır ki, bu da mənəvi mücahidin aydınlaşması prosesini simvolizə edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovaya yaradıcı insanların əsərlərinin nümayiş olunduğu belə bir festivalın təşkilinə görə təşəkkürünü bildirib.
Əsərlə tanış olarkən biz “Beyin” obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, Beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.
Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran “Beyin” art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan əvvəl IX əsrdə Urmiya gölünün sahilində yaranıb. Bu dövlətin mərkəzi şəhəri İzirtu olub. Mannanın əmələ gəlməsi - tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan əvvəl 321-ci ildə əsası qoyulan və VII əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynayıb. Sasani dövlətinin ərəblər tərəfindən işğalı nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilib. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlayıb. Onlardan biri Şirvanşah-Məzyədi dövləti olub. 1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürüb. Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında Şirvanşahların rolu danılmazdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırıb, ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını inşa etdirib. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsilə qalaya içməli su çəkdirib, karvansaraların tikintisinə diqqət yetirib. Azərbaycan ərazisində parçalanma dövründə, 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı şəhəri olmaqla Bakı xanlığının əsası qoyulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünya siyasəti ixtisası üzrə təhsil alıb. O, həmçinin “Baku” jurnalının təsisçisi kimi də Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalında, “ön söz” - “YARAT! Müasir İncəsənət Məkanı” tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilib. 2012-ci ildə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında və Parisin məşhur Salomon de Rotşild malikanəsində keçirilmiş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Onun müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə geniş tamaşaçı auditoriyasının qəlbinə yol tapır.
“012 Bakı Public Art Festivalı”nda həm tanınıb, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdiriblər. Layihə sentyabrın 1-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

