ATƏT-in Minsk qrupu rəsmi qaydada ləğv edilməlidir
17.02.2024 [15:48]
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib
44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında baş tutmuş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Bu, həm də beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, ədalətin bərpasına yol açdı. 30 ilə yaxın icrası həyata keçirilməyən BMT TŞ-nin məlum 4 qətnaməsi məhz Azərbaycan tərəfindən icra edildi. Diqqət yetirsək, uzun illər Azərbaycana qarşı fərqli standartlardan çıxış edən beynəlxalq təsisatlar ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etməyib. Digər ölkələrə münasibətdə daha fərqli mövqe tutan, hətta qəbul edilən hər hansı bir sənədin 2 saat ərzində icrasına nail olan bu təsisatlar 30 ilə yaxın Ermənistana qarşı yalnız “tövsiyəedici” fəaliyyətdən başqa heç nə ilə yadda qalmadı.
Turistik səfərlər, işğalçıya verilən dəstək…
Bu mənada, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i xüsusilə seçilir. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu”nun əsası 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyulub. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər. Nəticə etibarı ilə isə, ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətisizliyi idi.
Fəaliyyətsiz strukturlar…
Nəhayət, ATƏT-in Minsk qrupu tarixin arxivinə yollanıldı – son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Münxendə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etib. Dövlətimizin başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
"Gedin, öz işinizlə məşğul olun"…
Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Bu məsələni əlində bayraq edən bəzi ölkələr və təşkilatlar məhz "vasitəçi" və ya "nizamlayıcı" adı altında öz fərdi maraqlarının axtarışındadırlar. Bir tərəfdən "nizamlama" haqqında danışan Fransa kimi dövlətlər digər tərəfdən aktiv şəkildə Ermənistanı silahlandırırlar. Bu mənada, artıq hansısa bir qurumun bu prosesə müdaxiləsi artıqdır.
Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər: "Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun".
Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların dirildilməsi ilə bəzi beynəlxalq oyunçular regionda yeni və ya yenidən təsir mexanizmi formalaşdırmaq istəyir. Bu Azərbaycan üçün qəbuledilməzdir. Artıq 30 illik işğal dövrü geridə qaldı və yeni siyasi situasiya ortadadır - Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

