Avrosentrizmin fiaskosu və Avropanın divergensiyası
05.06.2012 [00:17]
Məlum olduğu kimi, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində bir sıra regional miqyaslı, qlobal xarakterli geosiyasi birləşmələr mövcuddur. Bunların sırasında daha çox diqqəti çəkən geosiyasi birləşmələr, heç şübhəsiz, anqlo-sakson ittifaqı (buraya ABŞ və Böyük Britaniya daxildir-N.Q.) və Avrosentristərdir (Fransa, Almaniya və İtaliya). Sirr deyil ki, hər iki geosiyasi birləşmə bir-birinə əks cəbhələr kimi İkinci Dünya müharibəsindən sonra tam təşəkkül tapmışdır. Doğrudur, anqlo-sakson ittifaqı ilə Avrosentristər arasında beynəlxalq münasibətlər tarixinin bir çox mərhələlərində ciddi strateji rəqabət meyilləri mövcud olmuşdur. Hər iki qütb arasında daim geostrateji resurslara sahib olmaq və geosiyasi dividendlər əldə etmək uğrunda ciddi mübarizə gedib. Birinci Dünya müharibəsinə qədərki dövrdə pik nöqtəyə qalxan bu mübarizə Birinci və İkinci Dünya müharibəsinin arasındakı tarixdə öz formasını müəyyən qədər dəyişib. İkinci Dünya müharibəsindən sonra isə anqlo-saksonlar geostrateji mənada ciddi üstünlüklər əldə ediblər və hegemon birliyə çevriliblər. Ancaq SSRİ-nin fiaskoya uğraması ilə formalaşan Yeni dünya düzəninin fonunda Avrosentristlər də müəyyən dividendlər əldə edərək, əhəmiyyətli geostrateji resurslara sahib olublar. Amma bununla yanaşı, hələ də anqlo-sakson hegemoniyası öz mövcudluğunu qoruyub saxlamaqdadır. Eyni zamanda, mövcud mübarizə meyilləri müxtəlif forma və səviyyələrdə özünü göstərməkdədir. Təbii ki, bütün bunlar hər iki cəbhə, xüsusilə də, avrosentristlər daxilində müəyyən “çat”ların meydana çıxmasını şərtləndirmişdir. Nəticə etibarilə, avrosentristlər daha çox siyasi və iqtisadi zərbələrə tuş gəlib və mürəkkəb kataklizmlərlə qarşı-qarşıya qalıb...
Bunlarla yanaşı, maraqlı məqamdır ki, son zamanlar dünya siyasətində baş verən bir sıra proseslər Avrosentristlər daxilində zidiyyətləri artırıb və bəhs olunan geosiyasi birləşmənin faktiki surətdə parçalanmasına təkan verib. Məsələn, Yaxın Şərq və Şimali Afrikada baş verən son olaylar Avrosentristlər daxilində ciddi mövqe ayrılığının meydana çıxmasını şərtləndirib. Xüsusilə də, Suriya məsələsi Almaniya və Fransa arasında ciddi fikir ayrılığına, hətta müəyyən qarşıdurmaya səbəb olub. Belə ki, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Almaniyaya baş tutmuş səfəri zamanı rəsmi Berlin Suriya məsələsində Moskva ilə eyni mövqedə olduğunu bəyan edib. Xatırladaq ki, rəsmi Paris Suriya məsələsi ətrafında Rusiya ilə tamamilə əks mövqedə durur və dolayısıyla, Fransa ilə Almaniya bu məsələdə ortaq mövqedən çıxış etmirlər. Beləliklə, Avrosentristlər daxilində həmrəylik simvoluna çevrilmiş hər iki ölkənin fərqli mövqedən çıxış etmələri bəhs olunan geosiyasi birləşmənin parçalanmasına dəlalət etməkdədir.
Nəticə etibarilə, müasir dünya siyasətində daha bir geosiyasi birləşmə-avrosentristlər fiaskoya uğramaqdadır. Bu isə müasir beynəlxalq münasibətlər sistemində yeni keyfiyyət dəyişikliklərinin meydana çıxacağına işarə kimi dəyərləndirilə bilər.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

