/ / Bakı şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası öz işinə başlayıb
Bakı şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası öz işinə başlayıb
23.06.2012 [11:14]
Dünən Bakı şəhərində “Hilton” hotelində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclası öz işinə başlayıb. Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda təşkilatın 7-ci Baş Assambleyasının keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunub.
İclas iştirakçılarını salamlayan Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov iclasda əhəmiyyətli müzakirələrin aparılacağını, vacib qərarların qəbul olunacağını bildirib. Əli Əhmədov qəbul edilmiş qərarların İCAPP-ın gələcək fəaliyyətinin daha da təkmilləşdirilməsinə böyük töhfə verəcəyinə inandığını ifadə edib. “İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasının Bakı şəhərində keçirilməsindən böyük məmnunluğumuzu ifadə edirəm. Bu iclasın Bakı şəhərində keçirilməsi ilə əlaqədar qərarın qəbul olunmasına görə İCAPP-ın rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Eyni zamanda, minnətdarlığımı bildirmək istəyirəm ki, İCAPP-ın 7-ci Baş Assambleyasının bu ilin noyabr ayında Bakı şəhərində keçirilməsi haqqında da çox əhəmiyyətli qərar qəbul edilibdir. Əmin etmək istəyirəm ki, təşkilatın 7-ci Baş Assambleyası Bakı şəhərində yüksək səviyyədə keçiriləcək. Bu gün iclasda iştirak edən qonaqlarımızın bəziləri Bakını ilk dəfə görürlər və bu, onlarda Azərbaycan haqqında təsəvvürləri formalaşdırır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, bu tədbirlər bütövlükdə Asiyada əməkdaşlığın və anlaşmanın daha da inkişaf etməsinə öz töhfəsini verəcək. İCAPP-ın böyük və əhəmiyyətli missiyanı yerinə yetirməkdə olduğunu deyən İcra katibinin sözlərinə görə, Asiya ölkələri arasında əməkdaşlığın, anlaşmanın əldə edilməsinə bu təşkilat böyük töhfə verməkdədir. O, eyni zamanda, bu istiqamətdə səylərin artırılmasına da ciddi ehtiyacların olduğunu xüsusi vurğulayıb. Əli Əhmədov bildirib ki, dünyanın ən böyük regionunun və ən çox sayda insanların yaşadığı bir bölgənin ölkələri və xalqları arasında əməkdaşlığa, anlaşmaya və daha da yaxınlaşmağa ehtiyac hiss olunur.
“Asiya regionu kontraslarla zəngindir. Burada çox yüksək inkişaf, eyni zamanda, böyük zənginlik kasıblıqla, sabitlik, əmin-amanlıq qeyri-sabitliklə, sülh münaqişələrlə bir yerdə yaşayır. Ona görə də, bu ölkələrin xalqları arasında əməkdaşlığın daha da güclənməsinə çox ciddi ehtiyac duyulur. Hesab edirəm ki, bu əməkdaşlıq Asiya Birliyi anlayışının formalaşmasına və onun gerçəkliyə çevrilməsinə doğru öz səylərini artırmalı və dəstəyini gücləndirməlidir. Asiyada sürətli iqtisadi inkişaf dünyada bu regionun əhəmiyyətini artırmaqdadır. Amma bu potensial, təəssüf ki, dünyanın siyasi taleyinin həll olunmasına hələ öz əhəmiyyətli təsirini göstərə bilmir. Xalqlar özlərinin və dövlətlərinin taleyini həll etmək məntiqini çoxdan dərk ediblər. Görünür, bir məntiqi də dərk etməyə ehtiyac var ki, regionların da taleyini həmin regionun xalqları həll etməlidir. Belə olmayanda, regionda xalqların, bəzi hallarda dövlətlərin taleyini o regiona aid olmayan qüvvələr həll edirlər. Buna kifayət qədər misallar gətirmək mümkündür və təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu misalların əksəriyyəti bir çox hallarda Asiya regionuna aid olur. Sonu görünməyən münaqişələr, insanların tələf olması, qanların tökülməsi, iqtisadiyyatların dağılması və bütün bunların hamısı, bəlkə də, regiona aid olmayan qüvvələrin bu regionların taleyini həll etmək səyləri ilə də əlaqədardır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun fikrincə, ölkələrin əməkdaşlığı Asiya Birliyi formasına gəlsəydi və bu təşkilatlanmış olsaydı, institusional xarakter daşısaydı, bu regionun ayrı-ayrı dövlətlərində, xalqların taleyində özünü göstərən problemlər də region tərəfindən öz həllini tapardı. “İCAPP öz üzərinə götürdüyü missiyanı yerinə yetirdikcə və bu istiqamətdə səyləri artdıqca Asiya Birliyi anlayışı daha güclənir və bundan sonra da güclənəcəkdir. Nəticə etibarilə isə, bu, konkret formada öz təzahürünü tapmağa ehtiyac duyacaqdır. Yaxın zamanlarda daha qətiyyətlə və predmetli əsasda Asiya ölkələrinin və onların parlamentlərinin birliyi haqqında söhbətlər apara biləcəyik”, - deyə o qeyd edib.
Daha sonra iclasda İCAPP-ın Daimi Komitəsinin həmsədri Jose de Venesia və başqaları çıxış ediblər.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri və baş katibi çunq Eu Yonq iclasda iştirak edən nümayəndələri təqdim edib.
Sonra müxtəlif dövlətlərindən gələn siyasi partiya təmsilçiləri çıxış edərək ölkələrindəki siyasi vəziyyət, iqtisadi inkişaf və perspektiv planları haqqında geniş məlumat verib, təkliflər irəli sürüblər.
Daha sonra əməkdaşlığın genişləndirilməsi məsələsi, dünyada cərəyan edən və qlobal xarakter daşıyan siyasi hadisələr müzakirə edilib.
İclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlərə və onun gündəliyinə çıxarılacaq məsələlərə də aydınlıq gətirilib.
Qonaqlar Azərbaycanın görməli yerləri, habelə memarlıq və tarixi abidələri ilə də tanış olacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

