Aztəminatlı ailələr üçün daha əlçatan...
04.06.2024 [10:35]
Ünvanlı sosial yardımla bağlı qaydalar təkmilləşdirilir
Ünvanlı dövlət sosial yardımı (ÜDSY) ilə bağlı prosedur qaydaları təkmilləşdirilib. Yeni prosedurlara əsasən, həmin proqrama qoşularaq yardım almaq istəyən şəxslərin elektron qaydada müraciətləri zamanı əvvəllər mövcud olan bir sıra tələblər tam aradan qaldırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenidən qurulmuş “Ünvanlı yardım” elektron sistemində artıq həmən tələblərin aradan qaldırılması alt-sistemdə öz əksini tapıb. Belə ki, yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra yardım üçün müraciət edənlərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlərin olması tələb olunmayacaq. Eləcə də, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması kimi tələblər də aradan qaldırılır. Habelə, kommunal xərcləri, telefon nömrələri və xərcləri, vətəndaşın sərhəd keçməsi, cəzaçəkmə müəssisəsində olması da nəzərə alınmaycaq. Yardım üçün müraciət edən şəxslərin əlilliyinin olması və ya əlilliyi olan şəxsə qulluq etməsi, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması, özünüməşğulluq proqramına qoşulması kimi məsələlər də artıq keçmişdə qalır.
ÜDSY ilə bağlı aparılmış təkmilləşdirmələr ilk növbədə yardımın təyinatı üzrə şərtlərinin yumşaldılması və aztəminatlı ailələrin bu proqrama əlçatanlığının artırılmasını təşviq edir. Çünki bu prosedurlardan sonra tətbiq olunacaq yeni qaydalar olduqca əhəmiyyətli, əlçatan və aztəminatlı ailələrin gözləntilərinə tam cavab verən çevik mexanizmə çevrilmiş olur. Bu, ÜDSY ilə bağlı indiyə qədər mövcud olan bir sıra bürokratik halların tam aradan qalxması, yardım almaq üçün texniki çətinliklər və sənədlərdəki müvafiq uyğunsuzluqlar səbəbindən yardım əldə edə bilməyən şəxslərin bu vəsaitlərə çıxışını tam optimallaşdıracaq. Belə ki, ÜDSY ilə bağlı təqdim edilən e-məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq ki, burada artıq məmur müdaxiləsi, fiziki təmas sıfıra enmiş olacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq.
Məlumatlar emal edildikdən sonra müraciətin təsdiqi əsasında vətəndaşa yardımın təyin edilməsi mümkünləşəcək. Beləliklə, bu yeniliklər sayəsində ÜDSY ilə bağlı prosesin şəffaflaşması da tam təmin olunacaqdır.
Ünvanlı yardımla bağlı optimallaşdırma tədbirlərinin və yardıma əlçatanlığın daha asan və maneəsiz təmin edilməsi üçün elektron resurslar sistemi də təkmilləşdirilir. Belə ki, müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq və da şəffaflıq və kənar təsirlərin minimallaşdırılmasına xidmət edir. Vətəndaşlar “ASAN Login”ə daxil olmaqla heç bir sənəd toplamadan elektron qaydada qeydiyyatdan keçəcək, onlar barədə bütün zəruri məlumatları sistemin özü emal edərək təqdim edəcək. Beləliklə, yeni e-sistemin tətbiqi daha təhlükəsiz, texniki xəta olmadan istifadəyə imkan yaradacaq, indiyə qədər sənədlərin elektron emalı zamanı meydana çıxan qüsurları da aradan qaldıracaq.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında təyin edilən bu müavinət və yardımın məbləği ölkə üzrə ehtiyac meyarının həddinə uyğun olaraq müəyyən edilir və hər il ehtiyac meyarı artıqda bu yardımın məbləği də yüksəlir. Belə ki, ailənin orta aylıq gəliri müəyyən edilir və hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan məbləğ hesablanaraq ünvanlı yardım qismində onlara ödənilir.
Hazırda ölkəmizdə 70 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir ki, bu da təxminən 300 minə yaxın vətəndaş deməkdir. Ünvanlı sosial yardımın aylıq orta məbləği təxminən 450 manat təşkil edir ki, 4 nəfərlik ailə üzrə nəzərə aldıqda bir nəfərə düşən yardımın həcmi 113 manata bərabərdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 19:16
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02

