ÜST-dən xəbərdarlıq...
07.06.2024 [10:44]
A(H5N2) virusu nə dərəcə öldürücüdür?
Covid-19 pandemiyası yaddaşlardan yeni silinmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) növbəti qorxulu virusla bağlı xəbərdarlıq edib. Təşkilat dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.
Hadisə Meksikada baş verib. Belə ki, Meksikanın hakimiyyət orqanları ÜST-ə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib. Qeyd edək ki, bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.
Virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Mövcud məlumatlara əsasən, ÜST bu virusdan ümumi əhali üçün mövcud riski aşağı kimi qiymətləndirir.
Söhbət ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayan 59 yaşlı Meksika ştatının sakinindən gedir. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bundan əvvəl insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilmişdi. Ötən il BMT-nin rəsmi saytında qeyd edilən xəbərə əsasən Çində insanın “A” tipli quş qripi virusuna (H3N8) yoluxması faktı təsdiqlənmişdi. Bu, insanın quş qripi virusu ştamına yoluxması ilə bağlı qeydiyyata alınmış üçüncü fakt idi.
Yoluxmuş şəxsin epidemioloji müayinəsi aparılmışdı, onun yaxın təmasda olduğu insanlar yoxlanılsa da, əlavə hallar aşkar edilməmişdi. Bundan əvvəlki iki hadisə isə 2022-ci ilin aprel və may aylarında qeydə alınıb. Bir halda xəstəlik ağır, digər halda yüngül keçib. Ehtimal edilir ki, həmin adamların da hər ikisi xəstə ev quşu ilə birbaşa və ya dolayı təmas nəticəsində yoluxublar.
Yüksək və aşağı patogenli viruslar
İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Azərbaycan”a açıqlamasında sözügedən virusun xüsusiyyətləri barədə danışıb. Onun sözlərinə görə, A(H5N2) quş qripi virusu A qrip virusunun alt növüdür və ilk növbədə quşlarda xəstəliyə səbəb olur: “Bu tip virus həm çöl quşlarında, həm də ev quşlarında infeksiyaya səbəb ola bilər. Quş qripi virusları iki əsas qrupa bölünür: yüksək patogen, yəni yüksək ölümə səbəb olan və aşağı patogen-xəstəliyin daha yüngül formalarına səbəb olan virus. A(H5N2) isə ümumiyyətlə yüksək patogenli virus kimi tanınır, lakin aşağı patogen formaları da mövcuddur”.
A(H5N2) virusunun xüsusiyyətləri...
Virusun əsas xüsusiyyətlərindən də söz açan həkim qeyd edib ki, A(H5N2) yoluxmuş quşların nəcisləri, ifrazatları və tükləri ilə birbaşa və ya dolayı təmasda olur: “Bu, xüsusilə intensiv quşçuluq olan ərazilərdə sürətlə yayılmağa səbəb ola bilər. Yoluxmuş quşlarda ani ölüm, tənəffüs çətinliyi və iştahsızlığın baş verməsi mümkündür”.
İnsanlara ötürülmə riski azdır, amma...
M.Əliyevin sözlərinə görə, ümumiyyətlə, A(H5N2) virusunun insanlara ötürülmə riski azdır, lakin virusun insanlara keçmə potensialına həmişə ciddi yanaşmaq lazımdır: “İnsanlarda bu infeksiya nadir olsa da, mümkün çirklənmə halında ciddi tənəffüs xəstəliklərinə səbəb ola bilər. Ona görə də A(H5N2) epidemiyalarının qarşısının alınması üçün biotəhlükəsizlik tədbirlərinin artırılması, yoluxmuş heyvanların tez aşkar edilməsi və məhv edilməsi, peyvəndlərin istifadəsi vacibdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

