Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kirayə mexanizmi çərçivəsində daha 207 yeni mənzil satışa çıxarılır

Kirayə mexanizmi çərçivəsində daha 207 yeni mənzil satışa çıxarılır

04.09.2024 [15:37]

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Fonddan Yeniazerbaycan.com-a bildirilib ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır. Yeni mənzillər seçim üçün sentyabrın 11-dən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə https://mcgf.gov.az/menu/202 linki vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31