Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ANAMA: Ötən həftə 968,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 968,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib

23.09.2024 [17:49]

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Yeniazerbaycan.com-a bildirilib ki, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində ümumilikdə 968,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31