Səma şahinləri...
07.12.2024 [08:45]
Beynəlxalq Mülki Aviasiya Günüdür
18-ci əsrin sonları-19-cu əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların - “qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırlayırlar. Bununla da bəşəriyyətin tarixində təyyarə erası başladı. Bu gün dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur. Əlamətdar gün 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən elan olunub.
Mülki Aviasiya Gününün bayram edilməsində məqsəd geniş ictimaiyyəti üzv dövlətlərin sosial və iqtisadi inkişafına mülki aviasiyanın töhfəsini artırmaq idi. Digər məqsəd BMT-nin xüsusi strukturu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) bəşəriyyətə xidmət edən yüksəksürətli qlobal nəqliyyat şəbəkəsinin yaradılması üzrə səylərin birləşdirilməsi sahəsində unikal rolu haqda məlumatlandırılmasından ibarətdir.
İCAO-nun vəzifələri müxtəlif aspektlidir...
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyası mülki aviasiyada beynəlxalq normaları müəyyən edir, təhlükəsizliyin və səmərəliliyin artırılması məqsədilə onun inkişafını əlaqələndirir. İCAO-nun vəzifələri sırasına təkcə bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin olunması və qaydalı inkişafı deyil, həmçinin təşkilatın müxtəlif aspektləri və mülki aviasiya sahəsində bütün məsələlər, o cümlədən yükdaşımaları üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi daxildir. İCAO-nun qaydalarına uyğun olaraq, beynəlxalq hava məkanı uçuş informasiyası rayonlarına - naviqasiya vasitələrini və hava hərəkətinə nəzarət imkanlarını nəzərə almaqla sərhədləri müəyyən olunan hava məkanlarına bölünüb. İCAO-nun funksiyalarından biri də dünya aeroportlarına aeronaviqasiya və meteorologiya məlumatlarının, uçuş planlarının və s. çatdırılması üçün dördhərfli fərdi şifrlərin - identifikatorların verilməsidir. Hazırda bu təşkilat 192 üzv-dövləti birləşdirir.
86 yaşlı mülki aviasiyamız
Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bu yolda bir əsrdən artıq tarixi mərhələ var. Azərbaycan 1992-ci ilin noyabrın 8-də İCAO-ya daxil olub.
Bu il Azərbaycan mülki aviasiyası 86 illik yubileyini qeyd etdi. Ölkəmizdə bu sahənin əsası 1938-ci il iyunun 2-də - ilk mülki aviasiya dəstəsinin yaradılması ilə qoyulub. Məhz bu tarix Prezident İlham Əliyevin 18 may 2006-cı il Sərəncamı ilə iyunun 2-sinin Azərbaycanda Mülki Aviasiya Günü elan olunmasının əsasını təşkil edib.
Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanda mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini həyata keçirən və tənzimləyən mərkəzi icra orqanıdır. O, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir. Bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik, öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq edir, onların işində iştirak edir. Agentlik həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Dünyada 8 aeroportdan biri...
Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan “Skytrax World Airport” mükafatlarına layiq görülüb. “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək “5 ulduz”la təltif edib. İndiyədək dünyada bu cür qiymətə cəmi 8 aeroport layiq görülüb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

