Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günüdür
05.08.2025 [10:29]
Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycanın ilk hərbi dəniz donanmasının tərkibində “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi olub. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilib və o vaxtdan ölkəmizin milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlayıb.
Bu sahənin inkişafında, xüsusilə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Liderin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu istiqamətində, o cümlədən bu sahədə mühüm işlər həyata keçirilib.
4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz bayraqları haqqında" Qanuna əsasən, “Hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında Əsasnamə” qəbul edilib və 2000-ci il avqustun 7-dən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində qurumun bayrağı qaldırılıb.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir. Bu hərbi donanma ən müasir hərbi texnika ilə təchiz olunub, geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, dənizdə, quruda, sahilyanı ərazilərdə, suyun altında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan dəniz piyadaları - xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsində aktiv iştirak ediblər. Onlar keçirdikləri əməliyyatlarda xeyli sayda düşməni məhv edib, hərbi qənimət götürüblər. Dəniz xüsusi təyinatlıları bir neçə yaşayış məntəqəsində, o cümlədən Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

