Heydər Əliyev dedi ki, narahat olmayın…
05.08.2025 [18:37]
Nüvədiyə Azərbaycanın ayrı-ayrı kəndlərindən kömək edilirdi. Amma Azərbaycanın rəhbərliyi kəndimizə qarşı tamamilə başqa – mənfi münasibətdə idi. Bu da bizim işimizi daha da ağırlaşdırırdı. Vəziyyət getdikcə gərginləşirdi. Əliyalın əhali düşmənlə dolu kəndə - öz evinə qayıtmaq istəyirdi. Haraya müraciət etməli olduğumuzu bilmirdik. Ümidimiz hər yerdən üzülmüşdü.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının Meğri rayon icmasının sədri Fikrət Əliyev söyləyib.
Onun sözlərinə görə, Nüvədi kəndinin əhalisinə vəziyyətlə bağlı yardım üçün bir neçə dəfə ölkə rəhbərliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
“Məsələn, mənə çox xəbərlər gəlirdi, görürdüm ki, vəziyyət ağırlaşır. Buna görə əlaqələrimdən istifadə edib ozamankı ölkə başçısına zəng etdim. Dəstəyi prezidentin köməkçisi qaldırdı, ondan əlaqənin təmin olunmasını xahiş etdim. O, məsələni soruşdu və mən bütün vəziyyəti izah etdim. Bir neçə dəqiqə sonra cavab gəldi: “Mən onların prezidenti deyiləm, onları Heydər Əliyev qorusun”. Bunun da səbəbi Ulu Öndərin rus qoşunlarını Naxçıvandan çıxarması, Azərbaycanın müstəqil dövlət olduğunu, öz müqəddəratını həll edə biləcəyini rəsmi Moskvaya deməsi olmuşdu. Ondan sonra Ali Sovetin sədrinə zəng etdim, danışdım, yenə bir nəticə vermədi”, - deyə o qeyd edib.
Akademik sonda Ulu Öndər Heydər Əliyevə müraciət etdiyini bildirərək deyib: “Axırda Naxçıvana - Heydər Əliyevə zəng etdim. Həmin vaxt o, 4 gün idi ki, Ali Sovetin sədri seçilmişdi. Nüvədi əhalisi də iki gün əvvəl onun qəbulunda olmuşdu. Ona görə bir az utanırdım. Vəziyyətin getdikcə gərginləşdiyini diqqətə çatdırdım. Dedi ki, özünüzü təhlükəyə atacaq hərəkətlər qəti şəkildə etməyin. İndi mən danışıb bir şey etməyə çalışaram. Danışığımız bitdi, heç yarım saat keçmədi, zəng gəldi – Ulu Öndər idi. Sözləri hələ də yadımdadır: “Fikrət müəllim, Zəngilana helikopter göndərəcəyəm, içində də ərzaq. Keçmək istəyən də olsa, bu tərəfə keçər. Narahat olmayın. Gün ərzində nə lazımdırsa, edəcəyəm. Günün sonunda mənimlə əlaqə saxlayın”. Axşam yenidən zəng etdim. Bildirdi ki, hər şey artıq həll olunub – azuqə çatıb, maddi dəstək göstərilib, SSRİ-nin deputatları da qovulub. Ancaq bu kömək dayanmadı, Ulu Öndər camaata mütəmadi yardımlar göndərdi. Beləliklə, əhali 1993-cü ilin oktyabrınadək Zəngilanda qaldı. Həmin dövrdə də, Zəngilanın işğalı zamanı da Heydər Əliyev camaatı orada qalmağa qoymadı, dərhal İranla əlaqə yaratdı və biz Arazı keçdik”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58

