“İMZA” İctimai Birliyi Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirdi
06.08.2025 [12:11]
Avqustun 5-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyəti Türkiyənin Azərbaycandakı hazırkı səfiri Birol Akgün ilə səfirlikdə görüş keçirib.
Yeniazerbaycan.com xəbər verir ki, görüş zamanı təşkilatın İdarə Heyətinin sədri Xəyyam Əsgərov, “İMZA” İctimai Birliyinin məqsəd və missiyası, sosial layihələri, yerli və beynəlxalq əməkdaşlıqları barədə geniş məlumat verib. O qeyd edib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycanda deyil, Türk dünyasında da sosial həmrəyliyin və ortaq dəyərlərin inkişafına yönəlib. Birliyin əsas hədəfləri arasında gənclərin inkişafı, ictimai təşəbbüslərin təşviqi və regional tərəfdaşlığın gücləndirilməsi mühüm yer tutur.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, “İMZA” kimi vətəndaş cəmiyyəti institutları Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın daha dərin və davamlı əsaslarla möhkəmlənməsində mühüm rol oynayır:
“Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız dövlətlərarası deyil, xalqlar arasında da çox sıx bağlıdır. Bu əlaqələrin möhkəmlənməsində ictimai təşkilatların rolu böyükdür. ‘İMZA’ İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir və ortaq Türk dəyərlərinə xidmət edir.”
Görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA”nın Türkiyə üzrə rəsmi nümayəndəsi Hulusi Kılıç isə qeyd edib ki, təşkilat artıq bütün Türk dünyasında tanınır və geniş rəğbətlə qarşılanır. O vurğulayıb ki, ortaq maraqlara xidmət edən layihələrin artırılması birliyin güclənməsinə xidmət edir:
“Türk dövlətləri arasında ortaq layihələrin genişləndirilməsi üçün ‘İMZA’ mühüm bir körpüdür.”
Görüş səmimi və işgüzar şəraitdə keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını və birgə layihələri müzakirə ediblər. Sonda xatirə fotoları çəkilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

