Təqaüdlər nə qədər artacaq?
30.10.2025 [10:58]
2026-cı ildə orta aylıq pensiyanın 579 manat olacağı proqnozlaşdırılır
Hazırda ölkədə yaşayan 1,1 milyondan çox pensiyaçını düşündürən əsas mövzu 2026-cı ildə pensiya və təqaüdlərin nə qədər artacağı ilə bağlıdır. Bu mövzu ətrafında müxtəlif qeyri-dəqiq rəqəmlər səsləndirilir ki, bu da cəmiyyətdə suallar yaradır. Məlumdur ki, pensiyaların artımı əmək qanunvericiliyinə əsasən, ölkədəki illik orta aylıq əməkhaqqının illik artımı tempinə əsasən indeksasiya edilir. Ona görə də pensiyaların indeksləşdirilərək artımı 2025-ci ilin yekun illik orta əməkhaqqı artımına uyğun həyata keçiriləcək.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib. Əgər ilin sonunda bu rəqəm olduğu səviyyədə qalsa, pensiyalar da 9,7 faiz artmış olacaq. Ancaq 2025-ci ilin yekun sosial-iqtisadi makroiqtisadi göstəriciləri açıqlamadan orta aylıq əməkhaqqı barədə tam yekun rəqəm söyləmək düzgün olmazdı. Bunun üçün növbəti ilin yanvar ayını gözləmək lazımdır. Həmin dövrdə 2025-ci ilin yekun makroiqtisadi göstəriciləri, o cümlədən əməkhaqqı və inflyasiya rəqəmi bəlli olduqdan sonra pensiyanın indeksasiyası üzrə nəticə də konkretləşcək. Hökumətin təxmini proqnozlarına görə, cari ildə orta aylıq əməkhaqqının 9,5-10 faiz civarında olacağı fərz edilir. Bu halda pensiyaların indeksasiyası ikirəqəmli artım üzrə aparılacaq. Məsələn, 2025-ci ilin dekabr ayında pensiyası 450 manat olan şəxsin indeksasiya nəticəsində pensiya məbləği təxminən 45 manat artmış olacaq.
Bütün növ əmək pensiyaları indeksasiya olunacaq
Qeyd edək ki, pensiya artımları bütün növ əmək pensiyaçılarına, o cümlədən də xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına da şamil olunacaq. Pensiya alanların say tərkibinə təkcə, əmək pensiyaçıları daxil deyil, bura əlillər, müavinət alanlar və sair kateqoriyadan alan pensiyaçılar da daxildir. Yəni, artım onları da əhatə edəcək. Son bir ildə əmək və pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər sayəsində əmək pensiyası hüququ əldə edənlərin sayı artıb.
“Əmək pensiyaları haqqında” qanuna (Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) edilmiş dəyişikliklərdən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya yaşı həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ alması, eləcə də hərbi qulluqçuların hərbi xidmət dövrü üzrə müddətə görə, güzəştli pensiya hüququ qazanması sayəsində son bir ildə xüsusi şərtlərlə pensiya alanların da sayında əhəmiyyətli artımlara səbəb olub. Həmçinin, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə yaşa və əlilliyə görə müavinət alanların, ailə başçısını itirməyə və digər müavinət növləri ilə əhatə edilənlərin də sayında artım qeydə alınıb.
Hökumətin ssenarilərinə əsasən, ümumilikdə, 2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579,2 manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin gözlənilən 537 manat orta pensiyasından təxminən 7,9 faiz çoxdur. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, büdcədə əmək pensiyalarının ödənişinə ayrılan vəsait 7 milyard 992,88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10,85 faiz və ya 782,35 milyon manat çoxdur.
Onu da xatırladaq ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yığımlarında da artım nəzərə çarpmaqdadır. Cari ilin yanvar-sentyabr aylarında fondun büdcə daxilolmaları proqnozla müqayisədə 6 faiz və ya 342 milyon manat çox olmaqla 5 milyard 889 milyon manat təşkil edib. Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 milyon manat artaraq 4 milyard 663 milyon manat olub. Bu dövrdə DSMF-nin xərcləri 5 milyard 628 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 milyon manat çoxdur. Dövlət büdcəsindən sosial təyinatlı xərclərin maliyyələşdirilməsi ilə bağlı ayrılan vəsaitlərlə birlikdə 9 ay ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 7 milyard 714 milyon manat vəsait ödənişi təmin edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən təqribən 577 milyon manat və ya 8,76 faiz çox maliyyələşmə deməkdir. Bu dinamikasının gələn il büdcə ayırmaları ilə yanaşı, DSMF-nin büdcəsinin gəlirləri hesabına artacağı istisna olunmur.
Pensiya kapitalı inflyasiyaya uyğun artacaq
Növbəti ildən əmək pensiyaları ilə yanaşı, vətəndaşların fərdi hesabında toplanan pensiya kapitalının da artması nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların pensiya kapitalı ölkədəki inflyasiya rəqəminə uyğun olaraq indeksləşdirilərək artırılacaq. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Hazırda ölkəmizdə inflyasiya 5,7 faiz təşkil edir. Hökumətin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,5-5,8 faiz civarında olacağı ehtimal edilir. Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Mərkəzi Bankın bir neçə gün əvvəl illik inflyasiya proqnozuna etdiyi dəyişikliyə əsasən, istehlak qiymətləri indeksi 6 faiz artacaq. Əgər həmin proqnozda istehlak bazarının situasiyalarına uyğun olaraq tam təsdiqini tapsa və Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Misal üçün vətəndaşın 2026-cı il yanvarın 1-nə olan dövrdə pensiya yığım kapitalının məbləği əgər 50 min manat təşkil edirsə, bu o deməkdir ki, onun indeksasiyadan sonra kapital (50.000 X 6% =3.000) hesabı 53 min manata çatdırılacaq.
Ünvanlı sosial yardım alanlar üçün şad xəbər
Gələn il ünvanlı sosial yardımın məbləği də əhəmiyyətli artımla gözlənilir. Məlum olduğu kimi, 2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manata çatdırılması nəzərdə tutulur. Ehtiyac meyarının artımı isə ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan əsas düstur və metodoloji baza rolunu oynayır. Bu baxımdan ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edəcək. Məsələn, hazırda bir ailənin 5 üzvünün rəsmi aylıq gəliri 900 manatdırsa, həmin ailə üçün 1425 manat (5 nəfər X 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Yəni ailənin xərci ilə gəliri arasındakı 525 manat fərqi (1425 manat- 900 manat) dövlət ödəyir. 2026-cı ildən ehtiyac meyarının həddi 300 manata yüksəldiyi halda yardımın məbləği də böyümüş olacaq. Belə ki, bu rəqəm 5 nəfərli ailə üçün 1500 manata yüksəlir (5 nəfər X 300 manat). Əgər həmin ailənin aylıq gəliri olduğu kimi qaldığı halda, yəni 900 manat təşkil etdiyi təqdirdə, ona ödənilən ünvanlı sosial yardımın məbləği 525 manatdan 600 manata (1500 manat- 900 manat) yüksəlmiş olacaq. Bu, nominal ifadədə 75 manat, faizlə 15 faiz artım deməkdir. Qeyd edək ki, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.
Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq inflyasiya birrəqəmli həddə düşüb, bu isə orta aylıq pensiya məbləğinin və digər sosial artımların artım tempinin inflyasiya rəqəmini üstələməsinə səbəb olacaq. Yəni artımlar nominal dəyər baxımından alıcılıq qabiliyyətinin yaxşılaşmasına imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30

