Torpağın səssiz qəhrəmanları...
01.11.2025 [09:13]
1 noyabr onların günüdür
Əkib-becərməyi, heyvanları əhlilləşdirməyi hələ öyrənməmiş olan əcdadlarımız yabanı bitkilər toplayaraq, vəhşi heyvanları ovlayaraq qidalanır və həyatda qalmağa çalışırdılar. İndiki həyatımızda isə kənd təsərrüfatı sayəsində bu, xeyli asanlaşıb. Əkinçilik, bağçılıq, arıçılıq, maldarlıq, üzümçülük və s. bir çox qida sahələrini əhatə edən kənd təsərrüfatı sahəsi qida tədarükçüsü kimi insan varlığının təməl daşını təşkil edir. Bu sahənin inkişafı əsrlər boyu sivilizasiyaların inkişafına böyük töhfə verib. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsalını, onların keyfiyyətinin və səmərəliliyinin yoxlanılmasını, satışa çıxarılmasını özündə ehtiva edir.
İqtisadiyyatda mühüm rol oynayan kənd təsərrüfatı inkişaf etməkdə olan ölkələr üçün iqtisadi sistemin əsası hesab olunur. İqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi iqtisadiyyatın davamlı inkişafına zəmin yaradır. Ölkəmizdə bu sahənin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli fərmanı ilə hər il noyabrın 1-nin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması və bu günə həsr olunmuş xüsusi tədbirlərin keçirilməsi bunun əsas göstəricilərindəndir.
Dövlətimiz hər zaman kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə çalışan işçilərə xüsusi qayğı göstərir. Bu istiqamətdə atılan addımlardan biri də 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsidir. Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün səmərəli fəaliyyət göstərərək ciddi nəticələr əldə edir. Nazirliyin təşəbbüsləri dövlət tərəfindən hər zaman dəstəklənir.
Son illərdə kənd təsərrüfatı sahəsində dinamik inkişaf qeydə alınır. Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri hər il daha da artır. Məhsulların ixracında müsbət nəticələr əldə olunur. İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının yenidən qurulması üçün “Ağıllı kənd” layihələri icra olunması da ölkəmizin hər keçən gün daha inkişaf edərək irəli getdiyinin sübutudur.
Müasir dövrdə kənd təsərrüfatı yalnız əkinçilik və heyvandarlıqla məhdudlaşmır. Yeni texnologiyalar, aqrar islahatlar, dövlət dəstəyi bu sahəni inkişaf etdirir. Lakin bütün bu yeniliklərin əsas dayağı yenə də insan əməyidir - əkinçi, çoban, mexanizator, bağban. Onlar olmasa, texnika da, texnologiya da mənasız qalar.
Azərbaycanda iş yerlərinin çoxu kənd təsərrüfatındadır. Bu sahənin həm iqtisadiyyatın inkişafında, həm də qida tədarükçüsü olaraq insanların həyatındakı rolu çox böyükdür. Məhz buna görə də kənd təsərrüfatı sahəsində çalışan işçilərin əməyi əvəzolunmazdır.
Bu gün ölkəmizdə kənd təsərrüfatı işçilərinə qayğı artmaqdadır. Subsidiyalar, güzəştli kreditlər, yeni suvarma sistemləri, təlimlər - bütün bunlar kənddə yaşayan insanın əməyinə verilən dəyərin göstəricisidir. Ancaq ən böyük dəyər, cəmiyyətin bu insanlara olan hörmətidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

