İnkişaf, yoxsa təhlükə?
04.11.2025 [08:51]
Alimlər süni intellekti gələcək üçün təhdid hesab edir
Hazırda həyatımızı texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Eyni zamanda, informasiya cəmiyyətinin inkişafını da yeni texnologiyalar olmadan təsəvvür edə bilmərik. Burada xüsusilə, süni intellekt sistemlərini qeyd etmək yerinə düşərdi.
Sürətlə inkişaf edən süni intellekt texnologiyaları həyatımızda mühüm yer tutsa da, onların inkişafı alimləri ciddi narahat edir. Beynəlxalq alimlər qrupunun qənaətincə, süni zəkanın inkişafı pik nöqtəyə çatdığı halda insan həqiqətən də onu idarə edə bilməyəcək. Təsəvvür edək ki, zəkası insan beynini geridə qoyan süni intellekt sistemi yaradılsa, o, insanın köməyi olmadan fərdi şəkildə özünü inkişaf etdirəcək. Bu halda süni zəka mövcud olan bütün proqramları dəyişdirə və şəbəkəyə qoşulmuş sistemləri ələ keçirə biləcək. Alimlər də məhz bundan narahatdırlar.
Süni intellektlə bağlı yeni araşdırma
Alimlərin gəldiyi başqa bir qənaətə görə, süni intellekt və neyrotexnologiyaların sürətli inkişafı şüurun necə yarandığını anlamağın zəruriliyini hər zamankından daha aktual edib. Tədqiqat “Frontiers in Science” jurnalında dərc olunub.
Şüur orqanizmin özünü və ətraf aləmi dərk etdiyi haldır. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq, elm hələ də subyektiv təcrübənin bioloji proseslərdən necə yarandığını izah edə bilmir.
Alimlər müxtəlif nəzəriyyələri nəzərdən keçirirlər: məsələn, “qlobal işçi məkanı nəzəriyyəsi” beynin müxtəlif sahələrindən gələn məlumatların birləşməsi nəticəsində şüurun yarandığını fərz edir. “İnteqrasiya olunmuş informasiya nəzəriyyəsinə” görə isə sistemin hissələri sıx əlaqəli və qarşılıqlı təsirli olduqda həmin sistem şüurlu hala gəlir.
Yeni tədqiqatda alimlər şüur elminin mövcud vəziyyətini və insanlığın yalnız şüuru anlamaqla kifayətlənməyib, onu yaratmağı da bacardığı təqdirdə - məsələn, süni intellektdə və ya laboratoriyada yetişdirilmiş beyin orqanoidlərində ortaya çıxacaq mümkün nəticələri təhlil ediblər.
Müəlliflərin fikrincə, insan, heyvan, embrion, orqanoid və ya süni intellekt kimi sistemlərin şüur əlamətlərinə malik olub-olmadığını müəyyən etmək üçün etibarlı şüurluluq testlərinə ehtiyac var. Bu, beyin zədələri və ya demensiyası olan xəstələrdə şüurluluğun diaqnostikasına, həmçinin onun döl və ya heyvanlarda hansı mərhələdə yarandığını anlamağa kömək edəcək.
Lakin belə kəşflər həm də dərin etik və hüquqi nəticələrə səbəb olacaq: əgər hər hansı sistem şüurlu sayılarsa, cəmiyyət onunla necə davranmalı olduğu sualına cavab verməli olacaq.
“Şüurun öyrənilməsində irəliləyiş bizim özümüz, süni intellekt və insanın təbiətdəki yeri barədə təsəvvürümüzü dəyişəcək”, - deyə Sasseks Universitetindən professor Anil Set qeyd edib.
Müəlliflər xəbərdarlıq edirlər ki, süni intellekt və beyin interfeysləri ilə bağlı texnologiyalar şüurla bağlı elmdən daha sürətli inkişaf edir və bu, ciddi etik nəticələrə gətirib çıxara bilər.
Hüquqi və tibbi məsləhətlərə qadağa
“OpenAI” şirkəti “ChatGPT” süni intellekt sisteminə hüquqi və tibbi məsləhətlər verməyi rəsmi şəkildə qadağan edib. Bildirilib ki, platformadan qaydalara uyğun istifadə edilmədiyi təqdirdə istifadəçilərin sistemlərə girişi məhdudlaşacaq və ya digər sanksiyalarla üzləşəcəklər. Bu məhdudiyyət təhsil və kredit kimi sahələrə də şamil olunacaq.
Təhlükəsizlik və məxfilik...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən İT üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib ki, süni intellektin istifadəsi ilə bağlı əsas problemlərdən biri informasiya təhlükəsizliyi və məxfilik məsələləridir: “Süni intellekt sistemləri şəxsi və həssas məlumatları toplaya bilir. Məsələn, müştəri məlumatları, şəxsiyyət vəsiqəsi detalları və digər fərdi informasiyalar bu sistemlər vasitəsilə toplanır. Belə məlumatların sızması isə şəxsi həyata ciddi risklər yarada bilər. Şəxsi şəkillərin manipulyasiya olunaraq istifadə edilməsi, şəxsiyyət oğurluğu kimi hallar artıq real təhlükəyə çevrilib”.
Bəzi iş yerləri üçün risk...
Mütəxəssis qeyd edib ki, bəzi peşələr üçün süni intellektin yayılması iş yerlərinin itirilməsi riskini artırır: “Xüsusilə standart işlərdə süni intellektin tətbiqi həmin sahələrdə çalışan insanlar üçün risk yaradır. Texnologiyanın sürətli inkişafı bu tip sahələrdə insan əməyinə olan tələbatı azalda bilər”.
Süni intellektin yaratdığı digər bir təhlükəyə də toxunan mütəxəssis bildirib ki, saxta xəbərlər və manipulyasiya olunmuş görüntülər də ciddi problemə çevrilib: “Artıq bəzi hallarda istifadəçilər qarşılaşdıqları videonun və ya səs yazısının real insan tərəfindən hazırlanıb-hazırlanmadığını ayırd edə bilmirlər. Bu, cəmiyyətin informasiya təhlükəsizliyini zəiflədə bilər”.
Heç vaxt müəllimləri əvəz edə bilməyəcək
Eskpertin sözlərinə görə, süni intellektin müəllimi tam əvəz etməsi mümkün deyil. Çünki tədris prosesi təkcə bilik ötürməkdən ibarət deyil, o, həm də insani münasibət, emosional əlaqə və dəyərlərin formalaşdırılması prosesidir: “Süni intellekt isə nə qədər inkişaf etmiş olsa da, empatiya, anlayış və duyğu paylaşımı kimi insana xas keyfiyyətlərə malik deyil. O, verilən məlumatları emal edə bilər, amma şagirdin duyğularına və motivasiyasına insan kimi təsir göstərə bilməz. Texnologiya öyrətmə prosesini asanlaşdıra bilər, amma insanı insan edən ünsiyyət, emosional bağlılıq və mənəvi dəyərlərin ötürülməsi yalnız müəllim vasitəsilə mümkündür. Ona görə də, gələcəyin təhsil modeli süni intellekt və müəllimin birgə fəaliyyətinə əsaslanmalı, amma müəllimin yerini tam olaraq texnologiyaya buraxmamalıdır”.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, süni intellekt həm üstünlüklərə, həm də mənfi cəhətlərə malikdir. Bu texnologiya bir tərəfdən müəyyən sahələrdə problemlərin həllinə kömək edərək insanların həyatını asanlaşdıra bilər. Digər tərəfdən, iş yerlərinin itirilməsi, təhlükəsizlik problemləri və etik narahatlıqlar süni intellektin geniş yayılması ilə bağlı əsas risklərdəndir. Ümumiyyətlə, bu texnologiyanın insanlıq üçün böyük bir nailiyyət, yoxsa gələcəyə təhdid olub-olmadığı, onun necə istifadə edilməsi və idarə olunmasından asılıdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

