Kəlbəcər Şəhəri Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb
25.11.2025 [19:42]
Noyabrın 25-də Kəlbəcər Şəhər Günündə şəhərin mərkəzində Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kəlbəcərə həsr olunmuş videoçarx izlənilib.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bütün iştirakçıları təbrik edərək deyib: “Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması mühüm hadisədir və rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir”.
Xüsusi nümayəndə bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib. Kəlbəcər Şəhəri Gününün təsis olunması dövlətimizin başçısının kəlbəcərlilərə diqqət və qayğısının bariz nümunəsidir.
Bəşir Hacıyevin sözlərinə görə, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər.
Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir.
Daha sonra Kəlbəcər Şəhəri Günü münasibətilə konsert proqramı təqdim olunub. Qala konsertdə incəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. İfalarda Vətən sevgisi, Kəlbəcərin bənzərsiz gözəllikləri, Qələbə əzimli musiqi nömrələri yer alıb. Həmçinin rəqqasların çıxışları izlənilib. Eyni zamanda, Kəlbəcər dağlarında tarixi Zəfərimizi simvolizə edən tonqal qalanıb.
Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

