Ehtiyacı olanlara kömək...
19.12.2025 [08:54]
1 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir
Ehtiyac içində olan insanlara yardım əlini uzatmaq sadəcə mərhəmət deyil, həm də insanlıq borcu sayılır. Yoxsullara kömək etmək sanki cəmiyyət
üzvlərinin vicdanını və etibarını ölçən bir “testdir”. Bu gün dünyamızda milyonlarla insanın yalnız gündəlik yaşamaq üçün lazım olan əsas şeylərə-yeməyə, suya, mənzilə, tibbi yardıma ehiyacı var.
Təxmini hesablamalara görə, dünya əhalisinin 15 faizi, başqa sözlə, 250 milyonu uşaq olmaqla 1 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir. Əsasən, xammal bazası olan inkişaf etməmiş ölkələrdə və təbii resurslar cəhətdən kasad ölkələrdə müşahidə olunan yoxsulluğun müxtəlif səbəbləri var.
Məlumdur ki, dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə ictimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir. Bu günə qədər BMT tərəfindən yoxsulluğun kökünün kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ yoxsulluq həddində yaşayanların sayı azalmır.
Yoxsulluğun hesablanma metodologiyası...
Qeyd edək ki, bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya əsasında müəyyənləşdirilir. Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı gəliri olanlar isə ifrat yoxsul hesab olunur. Lakin bir çox hallarda bu metodologiya düzgün hesablama üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik təlabatı ödəmir.
8 ildə 300 milyon insan yoxsulluqdan ölüb
Yeri gəlmişkən, 19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür. Bu gün 1995-ci ildə BMT tərəfindən təsis edilib. Məlumata görə, planetin bütün əhalisinin təxminən dörddəbir hissəsi 20-ci əsrdə dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
Dünyanın ən yoxsul ölkələri...
“Global Finance” agentliyi dünyanın ən yoxsul ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub. Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilən Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ci ildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun - 9 milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.
Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncü yerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və 10 il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.
Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmən də daxildir.
Kasıb ölkələr müasir texnologiyadan uzaqdır...
Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: heç bir təbii resursu olmayan ölkələri bir kənara qoysaq, əksər belə ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər. Yoxsulluğun da bir çox hallarda təbii və süni fəlakətlərin nəticəsi olaraq ortaya çıxması bunu deməyə əsas verir. Belə bir ixtisaslaşmada məhz dünyanın inkişaf etmiş ölkələri maraqlı görünür.
Müasir texnologiyalara malik dövlətlər bu texnologiyanın başqa ölkələrə verilməsində maraqlı olmur. Mütəmadi olaraq dünyanın iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxdıqda isə məlum olur ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir, məsələn ağır sənaye məhsulları. Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə, onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq, özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. Kasıb ölkələr Qərbin bu siyasətinin qurbanı olmamaq üçün təhsilə və elmə ayırdığı pulu artırmalıdırlar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

