100 minlərlə ailə sevinəcək
24.12.2025 [10:16]
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul olunan növbəti amnistiya aktının icrasına başlanıb
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrasına başlanıb. Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir. O cümlədən dünən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində 20, Bakı İstintaq Təcridxanasında 12, 4 saylı cəzaçəkmə müəssisəsində 22 məhkum azadlığa buraxılıb. Növbəti icra prosesi dekabrın 22-də səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə baş tutub. Bu müəssisədə cəza çəkən 3 məhkum azadlığa buraxılıb.
Sənədin icrasının yüksək səviyyədə təmin olunması üçün nazirliyin müvafiq strukturları tam şəkildə səfərbər edilib. Cəzaçəkmə müəssisələrində keçirilən ilk tədbirlərdə hüquq-mühafizə orqanlarının yüksəksəviyyəli rəsmiləri, ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Dünən Bakı İstintaq Təcridxanasında azadlığa buraxılan Seyidağa Məmmədzadə Prezident İlham Əliyevə amnistiya təşəbbüsü üçün minnətdarlığını bildirib. O, özünün və ailəsinin buna görə çox sevindiyini dilə gətirib, digər məhkumlara da azadlıq arzulayıb. S.Məmmədzadə 5 ay 26 gündür ki, məhkum olunduğunu və cəzasının yarısını çəkdiyini bildirib.
Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti
Azərbaycanda ardıcıllıqla həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və humanizm prinsiplərinə böyük önəm verilir. Respublikamızda əlamətdar tarixlər ərəfəsində amnistiya aktlarının qəbul edilməsi bunun əyani təsdiqidir. Müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını isə 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn böyük siyasətçi Heydər Əliyev qoyub. Onun siyasi iradəsi əsasında 1995-2003-cü illərdə respublikamızda 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib.
Hazırda isə Ulu Öndərimizin əsasını qoyduğu siyasət eyni ardıcıllıqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə, müstəqillik illərində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib və ölkəmizdə təqdirlə qarşılanıb.
Respublikamızda sonuncu Əfv Sərəncamı bu ilin mayında, 28 May - Müstəqillik Günü ərəfəsində imzalanıb. Prezident İlham Əliyevin 26 may 2025-ci il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti sərəncamına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.
Müstəqillik dövrünün ən böyük amnistiya aktı
Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı kifayət qədər geniş əhatə dairəsinə malikdir. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Amnistiya aktının, ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Amnistiya aktının icrasının 4 ay ərzində təmin edilməsi nəzərdə tutulub. Ombudsman Səbinə Əliyeva icrasına başlanan amnistiya aktını sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürü kimi dəyərləndirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

