Duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur
06.04.2026 [21:12]
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində müasir biologiya elminin prioritet istiqamətlərinin geniş auditoriyaya çatdırılması, elmi mühitin daha da gücləndirilməsi və gənc tədqiqatçıların aktual mövzular üzrə məlumatlandırılması məqsədilə növbəti elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Botanika və bitki fiziologiyası kafedrasının doktorantı, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi Böyükxanım Cəfərzadə “Duzadavamlılıq dərəcəsinə görə fərqlənən bitkilərdə antioksidant müdafiə sisteminin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə duzluluq stresinin bitkilərin fizioloji-biokimyəvi proseslərinə təsiri geniş və sistemli şəkildə təhlil edilib. Duzlu mühitdə yetişdirilən arpa, buğda və lobya bitkiləri üzərində aparılan tədqiqatların nəticələri təqdim olunub, həmin bitkilərdə cücərmə göstəriciləri, morfoloji parametrlər – kök və gövdə uzunluğu, biokütlə, eləcə də fizioloji və biokimyəvi xüsusiyyətlər kompleks şəkildə araşdırılıb.
Seminarda müxtəlif bitki növlərinin duzadavamlılıq səviyyəsinə görə müqayisəli təhlili də təqdim olunub.
Məruzədə əldə olunan nəticələrin praktik əhəmiyyəti də vurğulanıb. Qeyd edilib ki, aparılan tədqiqatlar duzlu torpaq şəraitində kənd təsərrüfatı bitkilərinin seleksiyası, stresə davamlı sortların müəyyənləşdirilməsi, məhsuldarlığın qorunması və effektiv aqrotexniki tədbirlərin hazırlanması baxımından mühüm elmi əsas yaradır. Bu istiqamətdə aparılan araşdırmalar torpaq resurslarından səmərəli istifadə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatı modelinin formalaşdırılmasına töhfə verir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

