Dövlət Sosial Müdafiə Fondunda etik davranış məsələləri üzrə treninq keçirilib
26.12.2013 [09:53]
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) etik davranış məsələləri üzrə Fondun şəhər, rayon şöbələrinin əməkdaşları üçün treninq keçirilib. Tədbirdə vurğulanıb ki, treninq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, eləcə də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9.2-ci və 10.1-ci bəndlərinin icrası ilə əlaqədar təşkil olunub.
Treninq vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edib.
Tədbirdə 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi məqsədilə ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunub və dövri olaraq izlənilib. Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən Fondun sədri, sədr müavinləri, aparatın rəhbəri və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. Eyni zamanda, vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində “sual-cavab” bölməsinin və Fondun Aparatında “Mərkəzləşdirilmiş Çağrı Sistemi”nin fəaliyyəti davam etdirilib. Elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlərin icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülüb.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

